İş Həyatında Stressdən Uzaq Durma Üsulları

0
2568
İş Həyatında Stressdən Uzaq Durma Üsulları

Çalışan iş adamlarının ən böyük düşməni stressdir.

Həlli, geniş stressdən xilas olma üsulları mövzulu kitablarda deyil, iş sıxlığının arasında qaçırdığınız detallarda gizlidir.
 
Stressdən necə qurtularam deyir, ancaq işin içindən çıxa bilmirsinizsə, təkliflərimiz tam sizə görədir!
 
Təxirə saldığınız hər işin dönüşü stressdir.
 
Əvvəlcə bir təşkilatçı kimi davranın. Təxirə saldığınız işləriniz daxil, bütün işlərinizi punktlar üzrə sıralayın. Sizi ən çox stressə salan işi, siyahının ən başına yazın, əvvəla o işə yönəlin və bitirdikdə böyük bir yükdən xilas olarsınız. Dərəcəsinə görə punktlar üzrə sadaladığınız digər işlərinizə də ən böyük stressdən xilas olmuş olaraq başlayarsınız. Unutmayın, siyahı hazırlamaq həm bir şeyləri ötürməmənizə köməkçi olacaq, həm də hər iş bitdiyində özünüzü daha uğurlu hiss etməyinizi təmin edəcəkdir.
 
"Xeyr" deməyə vərdiş edin
 
Xeyr deməyin çətinliklərini hamımız bilirik. Xüsusilə də müdirimiz qarşısındaysaq. Ancaq "xeyr" dəmə üslubumuzun da nə dərəcədə əhəmiyyətli olduğunu çox yaxşı bilirik. Səs tonunuz və ya istifadə etdiyiniz əlavə cümlələrlə "xeyr" sözünü yumşalda bilərsiniz, əslində, güman etdiyiniz qədər çətin bir şey deyil. Əgər bu tərzi tua bilmirsinizsə, alternativ bir variant olaraq "Bu gün edə bilməyim mümkün deyil, ancaq həftəyə etsəm?", ya da "Bu işi çox yaxşı edə biləcək birini bilirəm" kimi müsbət təkliflər verə bilərsiniz.
 
Diqqətinizi dağıdın, stressdən azad olun.
 
Başınızı bir az işdən qaldırın. Əmin olun, özünüzə ayırmadığınız 10 dəqiqə ilə şirkətinizi xilas edə bilməzsiniz. Əksinə, özünüzə bir az vaxt ayırıb stress uzaqlaşsanız, iş saatlarınızı daha məhsuldar keçirərsiniz.
 
İş masanızdan qalxın, bir az gəzin. Ya da internetdə sevdiyiniz şeylərə bir göz atın. Bəlkə də biraz boş olduğunuz zamanlarda  yoldaşlarınızla axşam nə edəcəyik deyə söhbət etmək sizi stressdən uzaqlaşdıracaq.
 
Məhdudiyyətlərə diqqət.
 
Gec saatlara qədər işləmək, sizi müdirinizin gözündə qaldırmayacaqdır. Bədən və beyin üçün səmərəli iş saatları gündüz saatlarıdır. Unutmayın, hər kəsin bir məhdudiyyəti var. Məhdudiyyətlərdən əmin olaraq işlərinizi planlarsanız, gec saatlara qədər işləmək məcburiyyətində qalmazsınız. Hər işin öhdəsindən gələr, həm də yorulmazsınız. Sərhədlərinizi aşır və bundan hələlik stress olaraq geri bildirim alırsınızsa, orqanizminizin də bir müddət sonra reaksiya verməyə başladığına şahid olacaqsınız. Həm iş gücünüzdən həm də sağlamlığınızdan olacaqsınız.
 
Gülün.
 
Qəhqəhə atmağı kim sevməz ki? Çox stress altında olduğunuzu hiss etdiyiniz zamanlarda gözləməyin! Dostlarınıza absurd  zarafatlar edərək, gülün, ya da youtube-a girib gülməli videolar izləyin, izlədin. Siz gülərkən yoldaşlarınızı da güldürəcək və sevilən bir adam vəziyyətinə düşəcəksiniz. Bundan başqa gülərkən qarın məşqi də etmiş olduğunuzu bilirdinizmi?
 
İşi işdə buraxın.
 
İş həyatınız, həyatınızın hamısını tutmamalıdır. Unutmayın, iş yalnız pul qazanmaq üçün bir vasitədir. İş həyatınız xaricindəki həyat sahəniz, sahib olduğumuz gerçək həyatınızdır.
 
Əgər işləriniz istədiyiniz kimi getməyibsə və təcilidirsə, səhər daha erkən saatlarda iş yerinizə gedib, işə başlayın. Ancaq evə əsla iş aparmayın. Həyatınızı iş üçün sabotaj etməyə haqqınız yoxdur.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN