Gənc idarəçilər üçün 13 qızıl qayda...

0
3806
Gənc idarəçilər üçün 13 qızıl qayda...

İdarə, bir idarəçinin əlindəki mövcud qaynaqları müəyyən məqsədlərə çatmaq üçün məqsədyönlü şəkildə istifadə etməsidir. Yaxşı bir idarəçi necə olur, ya da rəhbərlikdə nələrə diqqət etməli? Budur sizə diqqət yetirməniz lazım olan 13 qızıl qayda...

1. Sərhədlərinizi geniş tutun:
Hər insanın həyatda özü üçün təyin etdiyi sərhədlər var. Əhəmiyyətli olan bu sərhədləri geniş tuta bilməkdir. Nə üçün? Çünki sərhədlər məsuliyyət sahənizi təyin edər. Özünüzü yalnız təyin etdiyiniz sahə ilə məhdudlaşdırmayın, təbii, əgər məqsədiniz daha üst səviyyədə idarəçiliyə keçmək isə... Bəs sərhədlərinizi geniş tutmanın sizə verəcəyi nə kimi faydaları ola bilər? Birincisi, hər şeydən əvvəl təyin etdiyiniz sahədə irəliləmək üçün qarşınıza daha yaxşı və daha böyük imkanlar çıxacaq. Həm unutmayın ki, nə qədər yüksəlsəniz, o nisbətdə də qazancınız artacaq. Etməniz lazım olanlar çox sadədir, yalnız nə istədiyinizi düşünün və bir plan hazırlayın, özünüzə etibarınızı itirməyin, əsl etməyiniz lazım olan isə planlarınıza bağlı qalmaqdır!
 
2. Idarəçilik vəzifənizi şəxsi məqsədlər, mənfəət üçün istifadə etməyin:
Demək olar ki, hər gün TV – də izləyir, qəzetlərdə oxuyuruq, insanların olduqları mövqeyi şəxsi qazancları üçün istifadə etdiklərini, çox vaxt da bu mövzuların qəhrəmanları iş adamları, sənayeçilər, bələdiyyə başçıları, siyasətçilər və s. olur. Nümunələr çoxaldıla bilər, bu digərləri üçün zərərlidir, amma gəlin olduğu mövqeyi sui – istifadə edən idarəçinin özü üçün təmin edəcəyi faydaları sıralayaq, məsələn öz – özünüzə etdiklərinizin qürurunu yaşaya, güvən duyulan insan elan edilə, nümunə alınan kəslərdən ola bilərsiniz. Amma bir andaca bütün nüfuzunuz düşə bilər, vicdanınıza qulaq verin, kimsənin haqqına girməyin.
 
3. Verəcəyiniz qərarlardan qorxmayın:
Idarəçilik qismində əldə edəcəyiniz ən əhəmiyyətli vasitələrdən biri də düşüncələrinizi həyata keçirə bilməkdir. Amma bir çox işçi, idarəçilik mərhələsinə çatdıqdan sonra ümumiyyətlə eyni səhvə yol verər. Yəni düşüncələrini həyata keçirmək üçün verəcəkləri qərarı heç cür verə bilməzlər. Çünki veriləcək səhv bir qərarın məsuliyyətini daşımaqdan çəkinirlər... Qərarınızı vermədən əvvəl yaxşıca düşünün, məsələn, o qərarı almağınıza səbəb nədir? Edəcəyiniz əsas şey bütün gerçəkləri ortaya qoymaqdır. Bu məsələ ilə bağlı düzgünlük və uyğunluq testi də edə bilərsiniz, üstünlüklər və mənfi cəhətləri dəyərləndirməlisiniz. Düşüncələrinizi həyata keçirin!
 
4. Öz sahənizi maraqlandıran dəyişikliklər və irəliləyişləri izləyin:
Inkişafı təqib etmək demək öz sahənizdə ixtisaslaşmışsınız deməkdir. Işinizdəki nöqsanları dəyişdirmək sizin əlinizdədir, yeni fikirlərə açıq olun, tənqidlər istiqamətində özünüzü inkişaf etdirmək istiqamətində hərəkət edə bilərsiniz. Idarəçilik demək çox yönlülük deməkdir, ixtisas sahəniz nə olursa olsun, bütün sahələr sizin üçün çox qiymətlidir. Zəif olduğunuz sahədə əksikliklərinizi aradan qaldırmaq üçün hərəkətə keçməlisiniz. Inkişafı təqib etmənin ən yaxşı yolu sizə xitab edən, etməyən hər cür qəzet, jurnal və kitabları oxumaqdır.
 
5. Lazımlı yoxlamalar aparın:
Əgər məhsuldarlığınızın artmasını, daha uyğun, təmiz şərtlər altında çalışmaq və işlətmək, işçi-işəgötürən ünsiyyətini gücləndirmək istəyirsinizsə edilənlərə nəzarət etmə mövzusunda çox diqqətli olmalısınız. Özünüzə nəzarət etmək üçün bir nöqtə təyin edin, hər gün yoxlama işi üçün özünüzə bir zaman aralığı təyin edin, tapdığınız səhvləri qeyd edin və təkrar nəzarət edin və yoxlamaları kəsməyin. Işçilərin və edilən işlərə nəzarət etməyin ən uyğun zamanı işçilərin ən səmərəsiz olduqları vaxtlar, yəni bazar ertəsi səhərlər və cümə günü günortadan sonralarıdır.
 
6. Çox məsuliyyətdən qaçmayın:
Məsuliyyət almaqdan qorxmayın! Əgər bir idarəçi olmaq istəyirsinizsə, bu olmazsa olmaz deyilən bir qaydadır. Məsuliyyət almaq sizə qərar almağı öyrədir, həm güvən, həm hörmət, həm də dəstək qazanarsınız. Yüksəlmənin tək və tez yolu, üzərinizə daha çox məsuliyyət almaq istədiyinizi göstərməkdir. Çox məsuliyyət almadan əvvəl etməyiniz lazım olanlar isə: 1. Öz məsuliyyətlərinizi bilin. 2. Qərarlı və sabit olun. 3. Səhvlərinizi rədd etməyin. 4. Tənqidə açıq olun. 5. Yüksəlmək istədiyinizin bilinməsini təmin edin.
 
7. Işçiyə yüklədiyiniz məsuliyyətin aydın olduğundan əmin olun:
Bəzən verilən işin tam mənasıyla edilməməsi ünsiyyət əskikliyindən qaynaqlanır. Ya işəgötürən ediləcək işi kifayət qədər açıq izah etməmişdir, ya da işi edəcək olanın dinləmə əskikliyi vardır. Bu əskikliyi kompensasiya etmənizin yolları isə gərəksiz iş yükləməyin, doğru adama doğru işi verdiyinizdən əmin olun, unutmayın ki, hər kəsin bir tutumu vardır, verəcəyiniz işi çalışanınıza əmr şəklində deyil, bir xahiş olaraq təqdim edin, sadə və aydın bir üslubla izah edin, sürətli və qarmaqarışıq danışmayın, çalışanınıza anlayıb anlamadığını soruşun, anlamadığı təqdirdə təkrarlamaqdan qaçınmayın, lazım olsa təlimatınızı başa düşdüyündən əmin olmaq üçün təkrarlada bilərsiniz, onların da sizə sual vermələrinə fürsət verin. Bunları etdiyinizdə zəhmətinizin qarşılığını alacağınızdan və işçilərin sizin üçün əllərindən gələni edəcəklərindən əmin olun.
 
8. Xırda işlərlə vaxt itirməyin:
Yaxşı bir idarəçi detallarla çox zaman itirməz, məsuliyyət verməkdən qorxmaz. Həm unutmayın ki, əgər işçinizə məsuliyyət yükləməyi bacara bilsəniz onların hörmətini qazanmaq və özlərini inkişaf etdirmələrinə, qabiliyyətlərini fərq etmələrinə fürsət vermiş olacaqsınız. Məqsədiniz nəzarəti əldən buraxmadan sərbəstliyi təmin etmək olmalıdır. Beləcə hər iki tərəf qazanacaq.
 
9. Özünüzü tənqid etməyi bacarın:
Hər mərhələdə özünüzə qarşı dürüst olun, özünüzü tənqid etməyi bilin, beləliklə əksik tərəflərinizi tamamlayar, güclü yanlarınızı isə daha da gücləndirirsiniz.
 
10. Işçilərinizin şikayətlərinə əhəmiyyət verin:
Işçilərin sizə gətirdiyi şikayətlərə əhəmiyyət vermək, sizə həm işçilərin anlamağı təmin edəcək, həm də çalışan məmnuniyyəti üçün etməniz lazım olanları öyrətmək olacaq. Unutmayın ki, çalışan məmnuniyyəti ilə istehsal məhsuldarlığı düz mütənasibdir. Işçilərinizə verdiyiniz əhəmiyyət sizə hörmət, sevgi olaraq geri dönəcək. Həm problemləri dinləmək, həm də bunlara həll yolları tapmaq sizin vəzifənizdir, bu səbəbdən yaxşı bir dinləyici olmalı, doğru ünsiyyəti təmin edə bilməlisiniz. Anlayış və səbrin bu işin qızıl qaydası olduğunu unutmayın!
 
11. Işçilərinizin təkliflərinə qulaq verin:
Bunun üçün əvvəlcə çalışanlarınıza bu işin, komandanın bir parçası olduqlarını hiss etdirə bilməlisiniz. Daha sonra təklif və yardımları qəbul edə bilərsiniz, bu işi asanlaşdırmaq üçün məsələn, bir təklif qutusu hazırlaya bilərsiniz. Ancaq bir mükafat qoya bilsək daha təsirli olacağını ağılınızdan çıxarmayın, təqdir edilməkdən hər kəs xoşlanar, ən təsirli mükafat isə əmək haqqı artımıdır. Düşünün, təklif və yardımlara müraciət etdiyinizdə yeni qabiliyyətlər kəşf edəcək, fikir mübadiləsi etmiş olacaqsınız, işçilər əhəmiyyətli olduqlarını hiss edəcək və əllərindən gələni sizin üçün edəcəklər. Beləcə çalışanların performansı da artacaq.
 
12. Işçilərinizə yardımlaşma duyğusu yaşadın:
İşçilərinə kömək göstərməyən bir idarəçi, eyni şəkildə kömək görə bilməz, ya da görsə də istəksiz çalışan qrupun köməyini görər və bu da çox da etibarlı bir kömək olmaz... Siz kömək göstərsəniz, işçiləriniz də sizə eyni qarşılığı verəcək, sizinlə iş birliyi içinə girəcək. Bunu bacarmaq üçün onların da qərarlar vermələrinə kömək edin, yığıncaqlarda iştirakını təmin edin.
 
13. Işçilərə yaxşı örnək olun:
Siz bir idarəçi olaraq eyni zamanda işçiləriniz üçün nümunəsiniz, çünki onlar da bir gün sizin kariyeranıza sahib olmaq istəyəcəklər. Siz onlara çalışmalarınızla, zamanınızı necə dəyərləndirdiyizlə, göstərdiyiniz performansınızla nümunə olacaqsınız. Siz nə qədər müsbət davranışlar sərgiləyirsinizsə, işçiləriniz də o qədər müsbət davranış göstərərlər. Intizamsız bir idarəçinin intizamlı işçilərinin olma ehtimalı çox aşağıdır hər halda...
 

ŞƏRH YAZIN