Hansı Əlamətlər İşi Sevdiyinizdən Xəbər Verir?

0
1441
Hansı Əlamətlər İşi Sevdiyinizdən Xəbər Verir?

Elə sanmayın ki, hər kəs işindən şikayət edir.Öz işini sevənlər də var.Onlar işlərinə o qədər aludə olublar ki,başlarını aşağı salıb sadəcə işləri ilə məşğul olurlar.

Hamımız dəfələrlə eşitmişik ki, ən yaxşı iş – sadəcə sevdiyin məşğuliyyətə özünü həsr etməkdir.
 
İşiniz elə olmalıdır ki, sizin zamanı izləməyə vaxtınız olmasın, siz daima keçirdiyiniz zamandan zövq almalısınız. Buna baxmayaraq, iş sadə olmalı deyil. Çətinliklər hər yerdə var, sadəcə onların öhdəsindən gəlmək lazımdı.
 
Bəs belə bir işi tapdığınızı necə anlamalı?
Hər şey göründüyü qədər bəsit deyil. Bu 8 əlamət isə siz işinizi dəlicəsinə sevdiyinizi aşkarlamağa kömək edəcək.
 
Sizin boş vaxtınız azdır, lakin bu sizin xoşunuza gəlir.
Daima yeni iş axını sizin acığınıza səbəb  olmur, sizdə qıcıq yaratmır. Əksinə, siz sanki axına qoşulursunuz və işlər öz-özünə həll olur. Heminquey bəzən yazmaqdan vaz keçirdi, baxmayaraq ki, onun həmişə yeni ideyaları olurdu. Çünki o , istəyirdi ki, onun sabah yazmaq üçün də mövzusu qalsın və özündən kəlmələri məcbur çıxartmalı olmasın.
 
Eləcə də siz öz işinizdə. Həmişə sabah görməli olduğunuz işlərin siyahısı əlinizin altında olur və bu sizin xoşunuza gəlir.
 
Siz öz işinizin nəticəsini görürsünüz
Sizin gördüyünüz işin xeyir gətirməsi, fayda verməsi təəssüratı  - dünyada mövcud ola biləcək ən yaxşı mükafatdır. Baxmayaraq ki, bəzən iş özlüyündə çox çətin olur, amma sizin inanırsınız ki, gördükləriniz dünyanı az da olsa daha yaxşı, insanların həyatını isə asan və rahat edəcəksiniz, bütün bunlar isə sizə özünüzü daha yaxşı hiss etməyə sövq edir.  
 
Siz daha yaxşı olmağa çalışırsınız.
Əgər gördüyünüz iş həqiqətən də xoşunuza gəlirsə, siz daima orada hamıdan yaxşı olmaq üçün yeni üsulları axtarışında olacaqsınız. Seminar, özünü təhsilləndirmə,  bizim peşəmizin nüfuzlu nümayəndələrindən peşəkar məsləhətlər – bütün bunlara sərf etdiyiniz vaxta heyifiniz gəlmir.
 
Əgər öz peşənizlə bağlı yeni nəsə öyrənmək sizə cansıxıcı bir məşğuliyyət kimi gəlirsə, deməli nəyisə dəyişmək vaxtıdır və bu nəsə -sizin işinizdir.
 
Siz boş vaxtınızda iş haqqında danışırsınız
Siz dayana bilmir və öz işiniz haqqında həvəslə danışırsınız, hətta bu asan iş olmasa belə.  Amma ki, müəyyən həddi gözləyin. Heç də hamının bəxti sizin qədər gətirməyib və boss vaxtlarında onların əksəriyyəti iş haqqında bircə kəlmə belə eşitmək istəmir. Başqalarının istəyinə hörmət edin və çox israrlı olmayın. 
 
Siz elə gəlir ki, gün hələ indi başlayıb, amma artıq nahar vaxtıdır.
Əlbəttə ki, söhbət günorta saat 12-də başlayan işlərdən getmir. Amma siz nə demək istədiyimizi anladınız. Siz bir neçə xırda tapşırıq icra etdiniz, bir neçə zəngə  və məktuba cavab verdiniz və indi tam ciddi işə keçməyə hazırsınız. Amma saata baxıb, anlayırsınız ki, artıq günün yarısı keçib.
 
Siz ətrafınızdakı insanlardan ilham alırsınız. 
Siz əməkdaşların yerinə yetirdiyi tapşırıqlara heyran olursunuz və həmişə onlara kömək etməyə hazırsınız. Çalışdığınız komanda sizin xoşunuza gəlir, sizin həmkarlar isə sizdə ruh yüksəkliyi yaradır. Adətən biz özümüzü yaxşı hiss edəndə, bizi əhatə edən insanlarda da yalnız müsbət cəhət və keyfiyyətləri görürük. Ona görə də əgər siz başqalarının işindən  qürur duyursunuzsa, deməli öz işinizi də sevirsiniz
 
Siz öz həyatınıza iş nöqteyi-nəzərindən yanaşırsınız.
İşiniz sizin xoşunuza gəlir və siz işdən kənar vaxtda da onun haqqında düşünməkdə pis heç nə görmürsünüz. Siz problemləri həll edir, yeni ideyalar haqqında düşünür, iş məsələləri üzərində baş sındırırsınız. Bütün bunlar sizin ofisdən çox-çox uzaq olduğunuz mühitdə də baş verir və davam edir. Siz əməksevərsiniz? Bəlkə də hə. Axı bunun nəyi pisdir, əgər bu sizin xoşunuza gəlirsə. 
 
Bazar ertəsi anlayışı sizin üçün yoxdur.
Öz işini sevməyən insanlar üçün – Bazar ertəsi sanki dünyanın sonudur. Hamı onu dəhşət içində gözləyir və onun tez başa çatmasını arzu edir.  “İş günləri – istirahət –içmək – uzanmaq –yenə iş günləri”- sxemi öz işinə nifrət edənlər üçün həmişə aktual olaraq qalacaq.
 

ŞƏRH YAZIN