Pul qazanmaq istəyirsinizsə mütləq oxuyun...

0
2355
Pul qazanmaq istəyirsinizsə mütləq oxuyun...

Məhz sizlərə real dünyada pul qazanan insanlardan göstərişləri təqdim edirik:

Əlinizdə heç bir şey olmadan başlayın və səfil bir həyatınız olsun
Müdhiş dərəcədə müvəffəqiyyətli insanların çoxu əllərində heç bir şey olmadan başladılar və həyatlarının hər günü müvəffəqiyyətli olmaq üçün mübarizə apardılar. Starbucks qurucusu və CEOi Howard Schultz kimi bir çox milyonerlər kiçik və kasıb məhəllələrdə yetişib. Uşaq yaşlarından qarşılaşdıqları çətinliklər irəlidə böyük liderlər olmalarını təmin etdi.
 
Sevdiyiniz şeyi edin
Steve Jobs "müvəffəqiyyətli bir iş çıxarmanın yolu sevdiyiniz şeyi etməkdən keçər. Əgər bunu tapa bilmədinizsə axtarmağa davam edin, dayanmayın" deyər. Tamamilə doğru deyir. Əgər istəyinizi təqib etsəniz və müştərilər də eynisini etsə pul ardınca gələcəkdir.
 
Texnologiya sektoruna investisiya edin
Texnologiya sektoru milyonlarla insanın zəngin olmasını təmin etdi. Yalnız Microsoft öz başına əvvəlki və hazırkı işçilərinə 12 milyon dollar ödəməklə öndədir. Səbəbi nə mi? Texnoloji dünyası fürsət və bərabərlik sahəsidir ona görə.
 
Öz işinizin sahibi olun
Milyonerlərin üçdə ikisi öz işinin müdiri, böyük əksəriyyəti sıfırdan başlamış olan, aşağı bir büdcəylə dolanışığını təmin edən və investisiya edən kiçik biznes sahibləri olan insanlardır.
 
Risk alın, səhv edin və instinktlərinizə güvənin
İnsanların çoxu ya istəksiz bir şəkildə risk edir ya da etməmələri lazım olduğunu bildikləri halda gülünc risklər edir. Risklərinizi ağılla fikirləşib edin və instinktlərinizə güvənin. Əlbəttə səhv edəcəksiniz ancaq problem deyil. Heç kimsə özünü təhlükəsizliyə alaraq bir yerə çata bilməz.
 
Bol-bol fədakarlıq edin
Bəzən yuxudan, bəzən də əyləncənizdən fədakarlıq edin. Etdiyiniz fədakarlıqlar sizə misliylə geri dönəcək.
 
Öz şansınızı özünüz yaradın
Şansın hazırlıq və fürsətin görüşdüyü zaman aşkara çıxdığı söylənir. Fürsət arxasınca qaçmağı heç buraxmaz və ən kiçik bir ehtimal gördüyünüz anda nail olmaq üçün cəhd etsəniz şans sizi onsuz da tapacaq.
 
Yenilik edin
Pulunuzu yığın, investisiya edin və yatırımlarınıza yenilik edin.
 

ŞƏRH YAZIN