İnsanları Kasıblığa Aparan 10 Yol

0
4098
İnsanları Kasıblığa Aparan 10 Yol

1.Özünə yazığı gəlmə hissi - belə insanlar özünə yazığı gəlir və əlindən gələni edir ki, ətrafdakıların da ona yazığı gəlsin.Təsəvvür edin, əgər insanın özünə yazığı gəlirsə, onda ətrafdakılardan nə gözləmək olar? İstər-istəməz bu cür tiplər artıq hər kəsin gözünə aciz kimi görsənir və bu da mənəvi cəhətdən həmin insanın yeyib-bitirir.Özünə yazığı gəlmək insanı inkişafdan saxlayan və kasıblığa aparan bir nömrəli yoldur.
 
2.Xəsislik - bu, hər zaman istənilən mağazalarda ucuz qiymət axtaran insanlara aiddir. Bu ona gətirib çıxarır ki, insan uşağının təhsilinə belə xəsislik edir. Səhv düşüncəyə qapılıb lazım olan yerdə  xəsislik edən bu cür insanların sonu kasıblığa gətirib çıxarır.
 
3.Sevmədiyin işlə məşğul olmaq - bu cür insanlar sevmədiyi işdən gələn maddi dəyərə heç də xoş münasibət bəsləmir, hətta bəzən nifrətlə xərcləyir. Ən yaxşısı budur ki, özünüzü rahat, xoşbəxt hiss edəcəyiniz bir işlə məşgul olun ki, əlinizə keçəni boşa xərcləməyəsiz,inkişaf edib yüksələsiniz.
 
4.Pulu uğurla qarışdıranlar - bu cür tiplər xoşbəxtlik və uğuru pulda görənlərdir. Brend vasitələrə, bahalı əyləncələrə, səyahətlərə və s. pul xərcləyən bu cür insanlar pulun dəyərini yalnız bitdikdən sonra dərk edir.
 
5.Limiti aşmaq- bu cür insanlar da az deyil. Onlar kreditlə yaşamağı sevənlərdir. Gələn gəliri düşünmədən, hesablamadan hər istədiyini kreditlə alır və təbii ki, aldıqlarını satmaqla sonlarını gətirirlər.
 
6.Ani faydaları seçmək - insan həmişə ən bahalıya sahib olmaq üçün ani gələn gəlirdən faydalanmaq istəyi ilə əlindəkini də itirir. Düşünmək lazımdır ki, hər ani gələn gəliri xərcləmək yox üst-üstə yığmaq lazımdır.
 
7.Sızıldamaq - Ağıllı insan yolunu gedər, cığırını açar. Sızıldamaqdan əl çəkməyərək yaşamaq öz günahımızdır.
 
8.Özünü başqasıyla müqayisə etmək – belə insanlar birinin bahalı maşınına, o birinin villasına həsəd aparıb yerində oturmaqla məşğuldur. Özünü müqayisə etməyi buraxıb ayağa durun, dünya sizindir. İstifadə etməyi bacarın. İnsan istəsə, hər şey edər. Bu istəyi özünüzdə yaradın.
 
9.Sərvət, pul ölçüsü - əsl sərvət qazanan gəliri xərcləməklə yığılmır. İnsan qazandıqlarını mənasız xərcləməyi, onu saymağı deyil,  düzgün işlətməyi öyrənməlidir. İnsanlıq qızıl dolu kisə ilə ölçülmür. Sərvəti saymaqla keçən vaxtını ətrafdakılara sərf et. Sayma, ölçmə, kömək et - gələcəyini düşün. Kimsə kasıblıqdan sığortalanmayıb. Heç nə və heç kim əbədi deyil.
 
10.Özünü ailədən təcrid etmək - ən böyük uğursuzluq ailədən uzaq düşməklə gəlir. Ailəni unutmamaq, ona diqqət yetirmək, əl tutmaq, borc vermək, mənəvi dayaq - bunların nəyi pisdir ki? Bir gün itirdiyin sərvət üçün ağlayanda yalnız sevdiklərinin sevgisi səni qaldıracaq. Heç bir ümidin olmayanda səni əhatə edən, sənə qayıdan o sevgi ən böyük sərvətin olacaq. Bunu başa düşmək üçün indidən ətrafınıza nəzər salın.
 
 

ŞƏRH YAZIN