Sıxıldınızsa Həyatınıza Rəng Qatın...

0
4469
Sıxıldınızsa Həyatınıza Rəng Qatın...

Hər gününüz bir digərinə mi bənzəməyə başladı?

Məhz gününüzü işıqlandıracaq bu siyahı tam sizə görədir! 
 
Heç tanımadığınız biri ilə söhbət edin.
 
Könüllü olun. Həm əyləncə, həm də xeyir duası alarsınız.
 
Yaşlı insanlarla vaxt keçirin. Onların danışacaqları bir çox hekayələri var.
 
Bir sərgi açılışında iştirak edin. Həm də pulsuz içkilər və yeməklərin dadına baxmış olarsınız.
 
Çərpələng uçurun. Hətta çərpələngi velosipedin arxasına bağlayaraq uçurtmağı sınayın.
 
Özünüzə bir üz baxımı seansı və ya qüsursuz bir makiyaj hədiyyə edin.
 
Məktəbdən tanıdığınız hər kəsi Google-dan araşdırın.
 
Yaşadığınız mühiti kəşf edin. Gəzdiyiniz yerlərdə heç bilmədiyiniz küçələri, mağazaları, restoranları və s. tapın.
 
Kinoteatrdakı filmləri görmək üçün bir sayt açın və zər atın. Gələn sayı, qarşınızdakı film siyahısında hansı sıraya uyğun gəlirsə o kinoya gedin.
 
Bir kitab oxuyun. Başqasının məsləhət gördüyü, amma sizin normalda oxumayacağınız bir kitab seçin. Heyrətamiz bir şəkildə xoşunuza gedə bilər.
 
Bir bloq saytı açın.
 
Bir musiqi aləti çalmağı öyrənin.
 
Bir dövlət kitabxanasına gedib kitablara göz gəzdirin.
 
Kafesi olan bir kitab evində qəhvə için. Mağazadakı komfortlu kreslolardan birinə əyləşin və satılan kitablardan birini oxuyun.
 
Vitrinlərə baxın.
 
Keçirdiyiniz bir günü fotoşəkillərlə təsdiqləyin.
 
Özünüzü bir manikür və ya pedikür ilə mükafatlandırın.
 
İtiniz varsa onu yuyun. Hətta pişiyiniz varsa, onu yumağı təcrübə edin.
 
Bir film marafonu təşkil edin. Sevdiyiniz filmləri ard-arda izləyin.
 
Televizoru açın, amma səssizə alın və bir dialoq uydurun. Ya da televizorun səsini azaltdıqdan sonra musiqi açın. Çalan musiqinin ekrandakı görüntülərlə necə uyğunlaşmağına heyrətlənəcəksiniz.
 
Tanımadığınız insanların qarşısına keçib gülməli mimikalar edin.
 
Televizorunuzu və ən rahat kreslonuzu evdən kənara çıxarın və açıq havada televizor izləməyin həzzini çıxardın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN