Daha Çoxunu Istəmək Əzab Verir.

0
2591
Daha Çoxunu Istəmək Əzab Verir.

Həmişə daha çox çalışmaq, daha çox istehlak etmək, daha çox pul qazanmaq və xərcləmək ... Bütün bunlardan özünüzü ala bilmirsinizsə, "dərin məyusluq" hələ uzun müddət davam edəcək deməkdir.

Affluenza, istehlak mədəniyyəti tənqidçiləri tərəfindən ortaya atılan bir termindir. "Bədbəxtlik virusu" ya da "daha çox" sindromu hələlik klinik mənada psixoloji bir narahatlıq olaraq tanınır. Ancaq uzun müddət bir çox problemi özü ilə gətirəcəyi və insanlardakı dərin məyus olma duyğusunu artıracağı şərhləri edilir.
 
"Eviniz, avtomobiliniz, yaxşı bir işiniz, uşaqlarınız və pulunuz var, sağlamlığınız da yerində... Yəni sahib olmaq istədiyiniz bir çox şeyə sahibkən niyə hələ də özünüzü məyus hiss edirsiniz? Həyatınızda əksik olan şey nədir, nədir sizi xoşbəxt edəcək olan? "Psixoloqlar bu sualların səbəb olduğu duyğu vəziyyətini açıqlamaq üçün "Affluenza" terminindən istifadə edir, yəni bədbəxtlik virusu. Rifah (affluence) və qrip (influenza) sözlərinin birləşməsindən ibarət olan "Affluenza", əzab verən, ictimai olaraq yoluxucu olan və daha çoxunu israrla istəməyə səbəb olan israf, qayğı, borc və çox iş problemi olaraq təyin olunur.
 
Affluenza'dan xilas olmaq mümkündürmü?
 
Affluenza'dan xilas olmaq çox da asan deyil. Bunun üçün üç mərhələli bir proses yaşamaq lazımdır. Bədbəxtlik virusundan yaxanı qurtarmaq üçün nələr edilə biləcəyini isə belə sıralamaq olar: "İnsanlar davamlı olaraq bir-birlərinin sahib olduqları və olmadıqları üzrə qiymətləndirmələr edir. Son 30 ildə uşaq, gənc, qadın, kişi kim olursa olsun hər kəs müvəffəqiyyəti sahib olduqlarıyla ölçməyə başladı. Ətraf mühitə ayaq uydurma adına axıntıya qapılıb getmək daha asandır. Ancaq affluenza ilə mübarizə etmək istəyirsinizsə axıntıya qarşı avar çəkməkməlisiniz. Bu, daha çox enerji və əmək tələb edən bir vəziyyətdir. Digər tərəfdən başlanğıcda zorlansa belə bir müddət sonra daha xoşbəxt və daha qənaətbəxş olacaqsınız. Həm bu vəziyyətdən yüzdə yüz xilas olmaq məcburiyyətində də deyilsiniz. Onsuz da məqsəd də bu deyil.
 
Əvvəl vəziyyətin fərqinə varın. Bunun üçün ilk addım olaraq, vəziyyətin fərqinə varma mərhələsini yaşamalısınız. Niyə bədbəxt və narazı hiss etdiyinizi anladıqdan sonra nələr yaşadığınızı hiss edəcəksiniz. Ikinci mərhələ, şərtlənmə azaldılması mərhələsidir. Davamlı olaraq yeni bir şeylər almaq mövzusunda özümüzü şərtləndiririk. Bu təsirləri azaldaraq daha tez-tez özünüzə belə suallar verin: "Mən həqiqətən bunu istəyirəmmi, yoxsa etmək lazım olduğunamı şərtləndirilirəm, daha böyük bir evimin ya da daha lüks bir avtomobilimin olmasını həqiqətən istəyirəmmi, daha böyük içki, daha böyük boşqab yemək istəyirəmmi, evə girər girməz televizoru açmaq məcburiyyətindəyəmmi?" kimi.
 
Fərqli olmaq pis deyildir.
 
Üçüncü və son mərhələ isə başqalarından fərqli olmanın pis olmadığını görmə mərhələsidir. Axşamları evdə 5 saat televiziya izləmək məcburiyyətində deyilsiniz. Özünüzə qalan müddətdə yeni hobbilər əldə edə bilər, idman edə bilər, sevdiklərinizlə gözəl vaxt keçirə bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN