İşdə Sevmədiyiniz İnsanlarla Da Ünsiyyət Qurmağa Çalışın!

0
2528
İşdə Sevmədiyiniz İnsanlarla  Da Ünsiyyət Qurmağa Çalışın!

İş zamanı müxtəlif xarakterli insanlarla qarşılıqlı əlaqə saxlamaq məcburiyyətində qalırıq.Bəzən işləməli olduğunuz insanlarla münaqişələr də qaçılmaz olur.İşləyəcəyimiz komanda və ya şirkəti seçmək isə bizim əlimizdə deyil.Belə bir vəziyyətdə  edə biləcəyiniz ən yaxşı şey neytral qalmaq və əlaqələrinizdə peşəkarlığınızı qoruyub saxlamaqdır.Lakin sevmədiyiniz yoldaşınızla da yaxşı əlaqələr qurmaq niyyətindəsinizsə,sizə kömək edəcək bir neçə yol təqdim edirik.

1. səmimi olun və onun xoşagəlməz davranışına rəğmən heç vaxt səs tonunuzu qaldırmayın.
 
2.İstənilən işdə mümkün qərəzli münasibətlərdən özünüzü qorumağa çalışın.
 
3.Eyni bir layihə üzərində işləyən zaman çalışqanlığınızı nümayiş etdirin.
 
4.Unutmayın ki,hamımız insanıq və heç birimiz mükəmməl deyilik.
 
5.İş yoldaşınızın başqası ilə olan söhbətinə gizlincə qulaq asmayın.
 
6.Əməkdaşlarınızın güclü tərəflərini,nələri daha yaxşı bacardıqlarını müəyyənləşdirmək onlarla yaxşı münasibət qurmanın yollarından biridir.
 
7.Son olaraq isə xoşlamadığınız birisi ilə ünsiyyət yaratmanın ən yaxşı yolu onunla ən sevdiyiniz insan kimi davranmaqdır.
 

ŞƏRH YAZIN