Gün Boyu Əhvalınızın Yaxşı Olmağını İstəyirsinizsə Bunları Etməyə Çalışın

0
2166
Gün Boyu Əhvalınızın Yaxşı Olmağını İstəyirsinizsə Bunları Etməyə Çalışın

1.Doyunca yatmağa çalışın.Əslində normal yuxu ən çox 8 saat olmalıdır.İnsana görə bu rəqəm dəyişə bilər. Bütün həftə boyu davam edən yuxusuzluğu həftə sonu çox yatmaqla çıxara bilmərsiz.Hətta normadan bir saat az yatmaq sizin gün boyu olan enerjinizə təsir edə bilər. Yuxusuzluq əhvalınıza mənfi təsir göstərə və düşünmə bacarığınızı zədələyə bilər. 

2.Sizə pis təsir edən və yaxud narahat edən şeylər haqqında fikirləşməyin.Bütün bunlar düzgün olmayan qərarlara və ya sizin məyusluğunuza gətirib çıxara bilər. Beyninizin belə düşüncələrlə dolmaması üçün onu müsbət düşüncələrlə doldurmaq lazımdır. 
 
3.Yatmazdan əvvəl sizi xoşbəxt edəcək və yaxud müsbət təsir edəcək  bir kitab oxuyun və ya film izləyin. Baxdığınız qorxulu və ya pis məzmunlu bir film pis yuxu görməyinizə səbəb ola bilər. Bu  həmçinin növbəti gün əhvalınızın dəyişməyinə səbəb ola bilər. 
 
4.Günə bədbin və ya sıxıcı xəbərlər oxumaqla başlamayın.Sizə maraqlı gələn hər hansı başqa bölmədəki müsbət təsirli və sadə xəbərləri oxuyun. Necə deyərlər, günə necə başlasanız, elə də bitirərsiz. 
 
5.İş gününün sonunda bir az gəzməyə çalışın.Bu, əhvalınızın dəyişməsində müsbət rol oynayacaq və günün sonunda demək olar ki bütün  yorğunluğunuzu alıb aparacaq .
 

ŞƏRH YAZIN