İş yerində konsentrasiyanı qorumağın yolları

0
2983
İş yerində konsentrasiyanı qorumağın yolları

Konsentrasiyanı qorumaq, xarakter xüsusiyyəti deyil, öyrənilən bir qabiliyyətdir. İstər iş yerində, istərsə də evdə, harada olursa olsun müvəffəqiyyətli ola bilmək üçün öz düşüncələrinizin nəzarətsiz axışına və çöldən gələn faktorlara laqeyd qala bilməyi öyrənməsi üçün edə biləcəyimiz texnikalar var. Bir neçəsini sizinlə paylaşmaq istəyirik:

İş yerində diqqətinizi artırmanın 5 yolu
 
Kanzas Dövlət Universitetinin təklif etdiyi texnikalardan biri, diqqətiniz hər dağıldığında özünüzə bu cümləni təkrarlamağınızdır. Bir işə diqqətinizi yönəltmişkən qapı açıldı və otağa iş yoldaşınızmı girdi? Diqqətinizin dağılacağını fərq etdiyiniz an öz – özünüzə bunu təkrarlayın: "İndi burada ol!". Bunu ağlınıza başqa işlər gəlib – getdiyində, ya da düşüncələrinizə nəzarət edə bilmədiyinizdə də istifadə edə bilərsiniz.
 
Hörümçək texnikası:
Kanzas Universitetinin mənim olduqca faydalı hesab etdiyim bir başqa texnikası da var. Özünüzü bir hörümçək yerinə qoyun və olduğunuz məkanı öz hördüyünüz şəbəkə olaraq xəyal edin. Hörümçəklər şəbəkələrinin mərkəzində durarkən xarici bir faktor tərəfindən narahat edildiklərində əvvəl onun nə olduğuna baxarlar, əgər zərərsiz bir şey olduğuna qənaət gətirsələr bir daha yerlərindən tərpənməyə tənəzzül belə etməzlər.
Bu həqiqətən də konsentrasiyada son nöqtədir. Siz də düşüncələrinizi yayındırmağa yönəlik bir xarici amilin varlığını hiss etdiyinizdə professionallığınızı qoruyun və bir hörümçək kimi ətrafda olub – bitən cılız səsləri boş verin. 
 
Konsentrasiya anında olan başqa insanları müşahidə edin:
Bunu öz yoldaşlarımla eyni masada çalışarkən öyrəndim. Hər nə qədər söhbətə uyğun bir mühit olsa da tək bir yoldaşımın etməsi lazım olan işi hamımızınkından önəmli idi. Nə desək eşitmir, gözlərini ekrandan ayırmır, ara verdiyində isə hamımızdan şən bir halda dincəlir, yorğunluğunu çıxarırdı. Başqalarını izləmək sizə işi usta-köməkçi əlaqəsiylə anlama imkanı verir.
 
Narahat olma zamanı:
Əgər narahat ya da olduqca düşüncəli bir şəxsiyyətə sahibsinizsə harada olsanız olun sizinlə olan beyniniz çox vaxt yolunuzu kəsəcək. Bunun işlərinizin önünə keçməsini önləmənin ən yaxşı yolu, narahatlıq üçün özünüzə ayrı bir vaxt təyin etməkdir. Beləcə işin ortasında bu düşüncələr sizi yoranda onları daha asan aradan qaldıra biləcək və deyək ki, məsələn, 16.30 və 17.00 arası olaraq təyin etdiyiniz zamanınızda doya – doya  narahatlıqlarınızı yaşaya və həll etməyi sınaya biləcəksiniz.
 
Bol – bol su için:
Bunlarla yanaşı, susuz qalmağın diqqəti toplamağa mənfi təsiri sübut edilmişdir. Yuxarıdakı üsulları tətbiq edərkən, sağlamlığınız və diqqətiniz üçün ən yaxşı təsir göstərəcək suyu içməyə laqeyd yanaşmayın.
 

ŞƏRH YAZIN