Uorren Baffetdən öz uğurunun sirrləri haqqında

0
6629
Uorren Baffetdən öz uğurunun sirrləri haqqında

Hələ 6 yaşında ikən Baffet babasının mağazasından bir qutu Coca-Cola aldı və sonradan həmin 6 şüşə Coca-Colanı hərəsi 5 sentdən sataraq, ümumilikdə 5 sent qazanclı çıxdı. Bu, balaca-biznesmen Uorren Buffetin ilk mənfəəti idi.

1. Zənginlik – insanın ruh halıdır.
Mən həmişə varlı biri olacağımı bilmişəm. Buna bir saniyə belə şübhə etməmişəm. 
 
2. Uğur – iri məbləğli bank hesabından daha böyük bir şeydir.
İnsan yaşlananda onun ətrafında onu sevən insanların olmasıdır əsl uğur. Sənin bank hesabında nə qədər pulun olmasının bir əhəmiyyəti yoxdur. Həmçinin sevdiyin işlə məşğul olmalı və işin öhdəsindən yaxşı gəlməlisən.Mən öz işini sevmədiyi halda uğur qazanmış insanla heç vaxt rastlaşmamışam. Belə insanlara yazığım gəlir. 
 
3. Qazandığınızdan az xərcləyin.
Əgər sizin gəminizdə sızma varsa, deşiyi bağlamaqdansa yeni gəmi almağa enerjinizi sərf etsəniz daha yaxşı olar. 
 
4. Düzgün kumirlər seçin.
Sizdən daha yaxşı olduqlarını düşündüyünüz insanlarla vaxt keçirin. Bu, sizin düzgüz istiqamətdə hərəkət etməyinizə kömək edəcək. 
 
5. Qumar – ancaq axmaqlar üçündür.
Qayda №1. Heç vaxt pul itirməyin. Qayda №2. Birinci qaydanı heç vaxt unutmayın 
 
6. Əliaçıqlıq və rifah dostdurlar.
Milyarderlər arasında tanıdığım elə biri yoxdur ki, pul onları tanınmayacaq dərəcədə dəyişsin. Əgər onlar pul qazanmamışdan əvvəl də axmaq idilərsə, pul qazanandan sonra sadəcə axmaq milyarder oldu 
 

ŞƏRH YAZIN