Gecikməmək Üçün Nə Edə Bilərik?

0
2469
Gecikməmək Üçün Nə Edə Bilərik?

Bəzən nə qədər istəsək də gecikmək problemindən yan qaça bilmirik. Bunun hərhalda yaxşı xüsusiyyət olmadığının fərqindəsiniz. Gündəlik işə getdiyimiz zaman və yaxud iş görüşməsi zamanı xüsusilə bu halın olmaması üçün diqqət göstərməliyik. Çünki məsuliyyət daşıdığınız bir çox yerdə etdiyiniz bəzi hərəkətlər sizi gözdən sala bilər və  sizin haqqınızda mənfi fikir formalaşdıra bilər.

Gecikmək istəmirsinizsə, zamanı düzgün planlaşdırmağı bacarmalısınız. Bunun üçün hər hansı bir yerə getməmişdən əvvəl nələr edəcəksinizsə, onlara nə qədər zaman xərcliyəcəksiniz, ilk öncə onu müəyyənləşdirin. Bunu lap telefonunuzda saniyəölçən ilə də edə bilərsiniz. Vaxtı müəyyənləşdirdikdən sonra isə ona uyğun vaxt bölgüsü edin.
 
Ən əsası gedəcəyiniz yolu unutmamağınız lazımdır. Əgər avtomobil və yaxud hər hansı yerüstü nəqliyyat vasitəsindən istifadə edəcəksinizsə, tıxacı mütləq nəzərə almalısınız. Bundan başqa yolda hər hansı planlaşdırmadığınız bir hadisə də baş verə bilər. Bu səbəbdən gedəcəyiniz yolun həcmini nəzərə alıb bütün bunları da onun üzərinə əlavə edərək ən azı yarım saat əvvəl evdən çıxmağınız lazımdır.
 
Elə insanlar var ki, getdikləri yerə həvəsli şəkildə yanaşmırlar. Əslində gecikməyin bir səbəbi də budur. Bunun da qarşısını almağın da təbii ki çarəsi var. Əgər oxucayağınız hər hansı bir jurnal və yaxud  kitab varsa, özünüzlə götürüb tez evdən çıxaraq yolda və yaxud da getdiyiniz yerdə oxuya bilərsiniz.
 
Sizi gözləyən insanları isə gözlətməyə haqqınız yoxdur. Onlar sizi bir, iki və yaxud da üç dəfə gözləyə bilərlər. Amma hər kəs bir gün gözləməkdən yorular. Həm bir anlıq özünüzü o insanın yerinə qoyun, əgər digər tərəf sizi saatlarla gözlətsəydi xoşunuza gələrdimi? Bu təbii ki xoş bir hal deyil. Ona görə də çalışın ki, nə kimisə gözlədəsiniz, nə də kimisə gözləyəsiniz.
 
Əgər gecikmək problemini aradan qaldırmaq istəyirsinizsə unutmayın ki, ən əsası özünüzün səy göstərməyiniz və məsuliyyətinizi dərk etməyiniz lazımdır. Ən əsası gecikdiyiniz zaman nələri gözdən çıxarırsınız deyə bir düşünün.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN