Diqqətsizlikdən Əziyyət Çəkənlər Oxusun

0
4030
Diqqətsizlikdən Əziyyət Çəkənlər Oxusun

Əgər diqqətiniz yayınırsa , diqqətsizlik problemi sizdə də varsa o zaman bu tövsiyyələr sizin üçündür. 

Sonsuzluq işarəsi. Bir şeyə bütün diqqətinizi verə bilmək üçün edə biləcəyiniz ən asan üsul sonsuzluq işarəsi çəkməkdir. Bunu hər hansı bir yerdə edə bilərsiniz.Təbii ki, çəkmək üçün uyğun bir yer olmaq şərti ilə.Hətta bunu havada edərək xəyalınızda canlandıra da bilərsiniz. Daha sonra tam rahatlıqla işinizə görə bilərsiniz. Əgər bir işə başlayan vaxt və yaxud işinizi gördüyünüz zaman diqqətinizin dağıldığını hiss edirsizsə, o zaman dərhal bu üsulu tətbiq edin.
 
Eyni anda birdən çox iş görməyin. Hər iş üçün müəyyən bir zaman ayırın. Bu bütün diqqətinizi işə cəmləməyinizdə yardımçı olacaqdır. Birdən artıq iş görmək həm diqqətin yayınmağına, həm də işin sonunda pis nəticə ilə qarşılaşmağınıza səbəb olur.
 
Bir şeyi ilk, ya da son dəfə edirmiş kimi hiss edin. Belə olduqda o işə daha çox diqqətinizi vermiş olacaqsınız.
 
"5 dəfə artıq” üsulundan istifadə edin. Bir işi görən zaman sıxılıb imtina etmək istəyirsizsə, "5 ədəd daha” üsulundan istifadə etməyiniz məsləhətlidir.Nə isə etdiyiniz zaman sizdə sıxılma yaranırsa, 5 dəfə daha artıq görün işinizi. Bu halda sıxılma hissindən qurtulacaq  , səbr və dözümlülük yaranmış olacaqdır.
 
Qeyd edin. Vacib bir iş gördüyünüz zaman, digər şeylərin fikrinizi yayındırmağını qarşısını almaq üçün, onları bir yerə qeyd edin və qarşısına ona ayıracağınız zamanı da yazın. Sonra  yenidən işinizə qayıda bilərsiniz.
 
Özünüzü qiymətləndirin. Bir şeyi etməmişdən öncə  özünüzü nə ilə dəyərləndirəcəyinizi planlaşdırın. Bu, sizi motivə edən, rahatladan hər şey ola bilər. Böyük, bahalı bir şey olmaq məcburiyyətində deyil, sadəcə sizə zövq versin.
 
İşlərinizdə dəqiq olun. Nəyi edəcəyinizdən və ona nə qədər zaman ayıracağınızdan əmin olun. 
 
Yersiz hərəkətlərdən qaçın. Diqqəti zəif olan insanlar bir yerdə çox dayanmazlar. Əl-qollarını davamlı hərəkət etdirər, ətrafdakılarla çox ünsiyyətdə olarlar .
 
Diqqəti güclü insanlar daha soyuqqanlı və rahat təbiətli insanlardır. Hər şeyə sakit reaksiya verməyə çalışın və lazımsız fəaliyyətlərdən uzaq durun .
 
Hüzurlu, sakit, səs-küy olmuyan bir yerdə özünüzə şərait yaradın.
 
Diqqəti artırmağa kömək edəcək qidalar qəbul edin. Dəmiri yüksək olan qidalar yeyin. Ət, toyuq, balıq kimi dəmirlə zəngin qidalar diqqətinizi artırmaqda böyük kömək edəcəkdir. C vitamin tərkibli qidalar da diqqətə faydalıdır. Portağal suyu, ya da limon suyu sıxılmış qara çay da içə bilərsiz.
 
Özünüzə qarşı qayğıkeş olun. Diqqətinizi cəmləmək özünüzü məcbur etməyin. Həmin an diqqətinizi yayındıran hə nədisə, soyuqqanlı bir şəkildə özünüzdən uzaqlaşdırmağa çalışın , ya da hansısa bir yerə yazıb qeyd edin.  
 
İşinizi kiçik hissələrə ayırın. Belə olduqda daha az yorulmuş olarsınız .
 
Məşq hərəkətləri edin.Ancaq diqqətinizi artırmaqda böyük rol oynayacaq məşq hərəkətləri olsun.
 
İşə bütün ürəyinizi  qoyun.Böyük həvəsnən başlayın.Sonda daha yaxşı nəticə alınmağını istəyirsinizsə, diqqətinizi əskik etməyin.
 

ŞƏRH YAZIN