Arzulamaqdan Əsla Vaz Keçməyin!

0
2913
Arzulamaqdan Əsla Vaz Keçməyin!

Arzular olmasa məqsədimiz olmaz. Bir şeyi almaq istəsək ilk öncə onu arzulayıb sonra məqsəd qoyub əldə etməyə çalışırıq.  Arzusu olmayan bir insan yer üzərində tapılmaz. Hətta çox balaca bir uşağın belə arzusu vardır. Böyümək , maşın sürmək , məktəbə getmək . Biz böyüklərinsə arzuları bitib tükənmək bilməz. 
 
Elə insanlar var ki , arzulamaqdan qorxarlar . Bilirsiz niyə ? Çünki onu əldə etməməkdən qorxarlar. Elə düşünərlər ki , hansısa uğuru qazanıb o arzuya çata bilməzlər. Belə olan halda biz ümüdləri də öldürürük.  Bu düzgün deyil o arzuya çatmasaz belə həmişə arzulayın . 
 
İcazə verin ki , arzularımız gerçəkləşsin.... 
 
Bəs necə arzulayaq?  Bir maşın görmüsüz almaq istəyirsiz. Amma bu sizin üçün çox bahalıdır. Məqsəd qoyun qarşınıza . Daha çox işləyin , yığımcıl olun. Bir gün çəkdiyiniz əziyyətin qarşısında arzunuza çatacaqsız. 
 
Arzularımız həyatımızın bir parçasıdır.   Çalışın ki , arzularınızı reallaşdırasınız.
 
Xoş arzularla.....
 

 

ŞƏRH YAZIN