Ruhi Təravət Üçün Bəzi Məsləhətlər

0
2628
Ruhi Təravət Üçün Bəzi Məsləhətlər

Gününüz səhər qalxdığınız zaman deyil, gecə yatdığınız vaxt başlayar. Yastığa başınızı qoyduğunuz an, arxada qoyduğunuz günü nəzərdən keçirin və özünüzü pozitiv bir şəkildə yenidən hazırlayın. Təhtəlşüur uşaq kimidir, bəzi şeyləri bezib usanmadan təkrarlamalısınız.

Sizi daim mühakimə edən və tənqid edən daxili səsiniz əslində eqonuzdur. Onu susdurmaq çox çətindir, amma heç olmasa ciddi qəbul etməyin. Məsələn, “eqo”nuzun “Mikki Mauz” səsiylə danışdığını xəyal edə bilərsiniz.
 
Güzgünün qarşısına dayanın, özünüzü sevdiyinizi söyləyin və sizi ruhlandıran cümlələrlə günə başlayın. Dediklərimiz, beynimizə və sinir sistemimizə təsir edir. Sərf etdiyiniz hər söz, bir heykəltəraş kimi həyatınızı formaya salacaqdır.
 
İçinizdə nə qədər böyük və sonsuz bir güc olduğunu təxmin edə bilməzsiniz. Onu hərəkətə gətirmək üçün əlinizdən gələni edin.
Bu güclə əlaqə yarada bilsəniz, daha çox enerjili olarsınız. Üstəlik daha çox əylənəcəksiniz.
 
Özünüzü motivasiya edin. Motivasiya üçün təkcə başqalarından asılı deyilsiniz. Başqa biri olmadan da, özünüz hər şeydən və hər kəsdən ilham ala bilərsiniz.
 

ŞƏRH YAZIN