Özünüzə Zaman Ayırmağı Unutmayın!

0
3277
Özünüzə Zaman Ayırmağı Unutmayın!

Günümüzün əksəriyyət hissəsini demək olar ki, internetdə, sosial şəbəkələrdə keçiririk.Bunu darıxdığımız üçün edirik yoxsa sadəcə vaxt keçirtmək üçün? Bunu heç özünüzə sual vermisiniz?Əslində bütün bunları edərək nə qədər boşuna zaman xərclədiyinizin fərqindəsinizmi? Bəs axırıncı dəfə nə zaman ətrafınıza baxıb təbiətin gözəlliklərindən zövq almısız? Nə zaman özünüzə zaman ayırmısız?...

Elə indi bu an özünə zaman ayırmağın tam vaxtıdır.Dərhal əlinizdəki teli və kömputeri bir kənara qoyub dincəlin, dərindən nəfəs alın, gəzintiyə çıxın.Zehninizdəki bütün problemlərdən birazda olsa uzaqlaşın.Qəlbinizin dərinliyindən gələn səsi dinləyin.Özünüzlə danışmağa çalışın.Bu həqiqətən də sizi rahatlaşdıracaq.
 
Axı nə üçün bir neçə dəqiqə də olsa özümüzə zaman ayırmırıq?Məgər bu qədərmi çətindir?Siz hər şeydən dəyərlisiz unutmayın.Özünüzə mütləq zaman ayırın.Zərərli vərdişlərdən,zaman alıcı şeylərdən uzaq durun.
 
 

ŞƏRH YAZIN