Gününüzü Gözəl Edəcək 7 Vərdiş

0
2481
Gününüzü Gözəl Edəcək 7 Vərdiş

1.Səhər yeməyi                                                                                                                                                                                                       Bu ən vacib şərtlərdəndir. Gün boyu gümrah olmaq üçün səhər yeməyi yemək vacibdir.

2.Xoş sözlər söyləmək
Yaxınlarınıza xoş sözlər söyləyin, bu yalnız onların yox, sizin də əhvalınıza çox yaxşı təsir edəcək. 
 
3.Müsbət məlumatlardan faydalanmaq
Sizə pis təsir edəcək xəbərləri izləmək və ya qəzetləri oxumaq əvəzinə komediya janrında olan proqramları izləmək, ya da stol başında ailə üzvlərinizlə pozitiv mövzular haqqında söhbət etmək daha məsləhətlidir.
 
4.İşə günün ən vacib məsələsi ilə başlamaq
Səhər ən vacib məsələləri həll etməyə başlasanız, digər məsələləri həll etmək sizə daha asan gələcəkdir.
 
5.Tələsməmək
Hər hansı bir işi yavaş tempdə , daha ehmalca gördükdə fikrinizi daha rahat toparlaya bilirsiz və günün sonunda isə  sürətli gördüyünüz işlə müqayisədə daha keyfiyyətli nəticəyə sahiblənmə şansınız olur. 
 
6.Məşq etmək
Gündəlik olaraq məşq edin.Bunun sayəsində enerji səviyyəsinizi artıra bilərsiz. Daxili şübhələriniz və gərginliyiniz azalacaq və düşüncələriniz daha pozitiv yöndə olacaqdır.
 
7.Doğru addımlar atmaq
Yalnız bu sizin özünüzə qarşı olan dəyərləndirməni artıracaq.Pozitivliyinizi kiçik addımlarla yaratmağa başlayın, zamanla isə yaxşı əməllərinizin sayını genişləndirin və məhz beləcə sizin həyatınız daha gözəl  və daha xoşbəxt olacaqdır.
 

ŞƏRH YAZIN