İnanmaq

0
2825
İnanmaq

İstəklərinizə diqqət yetirməyə çalışın, gərçəkləşə bilər. Ağlınızdan keçən hər bir şey, axır-əvvəl ortaya çıxacaqdır. Özümüzü nə ilə və necə görmək istəsək, elə olmağa yönələrik. Düşündüyümüz şey, yavaş-yavaş şüuraltı formalaşar və real bir təcrübədə özünü göstərər. Həyat qanunlarla idarə olunur! Şüurlu olaraq düşünülən hər fikir, şüuraltına təsir edir və bu təsir düşüncədəki istəyin dərəcəsinə bağlı olaraq hərəkətə çevrilər. Mənfi düşüncənin nəticəsində insanlar şüuraltına səhv əmr verərlər və pis vəziyyətə düşərlər.Siz nəyə inanırsınızsa əmin olun ki elə də olacaqdır.

Keçmişi silib atmağa çalışın! Gələcək sizin seçiminizi gözləyir! Keçmişdə etdiyiniz bir çox səhvlərinizə görə özünüzü bağışlayın! Keçmişi unudub yeni bir həyata başlamağa cəhd edin! İstədiyiniz hər şeyin olacağına inanın!
 

ŞƏRH YAZIN