Başqasının gözü ilə baxmağı bacarmaq

0
2535
Başqasının gözü ilə baxmağı bacarmaq

Mən orta məktəbdə oxuyarkən,mənim sinifdən bir oğlanla münaqişəm var idi.Mən indi xatırlaya bilmirəm nə haqqında olduğunu ,ancaq ondan öyrəndiyim dərs hələ də yadımdadır.Mən iddia edirdim ki”Mən haqlıyam,o haqsızdır”,ancaq o da eyni zamanda söyləyirdi ki”Mən haqlıyam,o haqsızdır”.Müəllim bir gün bizə vacib bir dərs öyrətməyə qərar verdi.

Müəllim bizi sinifin qabağına çıxartdı və məni stolun bir yanına,onu isə digər yanına yerləşdirdi.Stol ortasında böyük oval formasında idi.Mən aydınca görürdüm ki,o qara rəngdədir.Ancaq müəllim o biri oğlandan hansı rəngdə olduğunu soruşanda isə o “ağ” deyə cavab verdi.
 
Mən ona inandıra bilmədim ki,o “ağ” rəngdədir,o isə çəkinmədən o "qara" rəngdədir dedi.Bu dəfə rəng üstündə bizim aramızda yeni bir münaqişə yarandı.Müəllimə bizim yerlərimizi dəyişdirdi.Bu dəfə müəllim məndən ovalın hansı rəngdə olduğunu soruşanda  mən “qara”rəngdə olduğunu dedim.Bu oval iki tərəfi də fərqli rəngdə idi.Mən baxdığımda qara,o baxdığında isə ağ görürdü.O yalnız mən baxdığım istiqamətdə qara görünürdü..
 
Nəticə:Bəzən biz problemlərə başqasının gözü ilə  baxmağı unuduruq.Əgər başqasının gözündən baxmağa çalışsaq onu başa düşə bilərik.
 

ŞƏRH YAZIN