Utancaqlıqdan Xilas Olma Yolları

0
1814
Utancaqlıqdan Xilas Olma Yolları

Xəcalət insanı kütlələr arasında səssiz qılan, deyə biləcək gözəl bir şeyləri varkən ona zəncir vuran arsız və lazımsız bir maneədir.

Digər tərəfdən, insanlar özlərinə köməkçi olmağa qərar verdiklərində bəzi maneələr daha asan aşıla biləcəyi də bir həqiqətdir.
 
Qərar vermək ilk mərhələdirsə də hər şeyə bir anda nail oluna bilməz. Hər şeydə olduğu kimi bunda da səbr və zəhmətlə yol almaq lazımdır. Bu gün çox utancaq biri ikən ertəsi səhər qəfildən oyanıb "Artıq heç kimdən utanmıram, hər kəs məndən utansın demək şansımız o qədər də yoxdur. Özümüzlə bağlı belə bir şikayətimiz var isə bundan qurtula bilmək üçün əvvəlcə özümüzlə ünsiyyət qurmağa nail olmağımız lazımdır.
 
Rahatlıq Tətbiqi
 
Bəzən özümüzü yanında o qədər də rahat hiss etmədiyimiz bir insanla danışmaq vəziyyətində tapa bilərik.
 
Belə zamanlarda:
 
Söhbətimizi o insana baxmayıb fərqli bir istiqamətə baxaraq başlayaq.
 
Fərqli bir istiqamətə baxıb söhbətimizə davam edərkən, yanında rahat danışıb, hərəkət etdiyimiz insanla bağlı ağlımıza qeyd etdiyimiz xatirəmizi geri çağıraq. Qarşımızdakı insanın yanında rahat etdiyimiz o adam olduğunu fərz edək. Rahat olun kimsə beynimizi görə bilmədiyindən düşündüklərimizi sadəcə biz biləcəyik. Nəyi necə xəyal etdiyimiz isə təkcə bizə aid olacaqdır.
 
Bu tətbiqi keçirdiyimiz ilk dəfələrdə söyləyəcəklərimizi mümkün olduğu qədər qısa tutma səyi içərisində olaq.
 
Söyləyəcəklərimizi bitirdikdən sonra cəsarətimizi toplayaraq, qarşımızdakı insana baxaq. İsti bir şəkildə gülək və yanından ayrılaq.
 
Gülümsəmək üçün səy sərf etmək lazım deyil. Üz əzələlərimizi bildiyimiz şəkildə oynatmağımız yetərli olacaqdır.
 
Diqqət etməyimiz vacib olan şeylər isə ilk növbədə az danışmaq və çıxış başa çatdıqdan sonra göstərilən məkandan ayrılmaq olacaq. Əlbəttə, bunu edərkən gülümsəməyi unutmayaq.
 
Mütləq uğur istəyiriksə, əvvəlcədən plan qurmaq və anı beyninizdə yaratmaq daha faydalı olacaqdır. Etdiyimizdən  razı qala bilər və ya narazılıq edə bilərik. Ancaq nə olursa olsun, özümüzü təbrik etmək ən təbii haqqımızdır. İlk tətbiqdə uğursuz olsaq belə, cəsarətlə və qətiyyətlə bu işin üzərinə getməyimizi əskildəcək bir hücum deyildir.
 
Bundan sonrakı mərhələ, danışdığımız insanları genişləndirmək və onlarla danışma vaxtlarımızı da uzatmaq ola bilər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN