İşə qəbul üçün əsas taktikalar

0
2611
İşə qəbul üçün əsas taktikalar

Iş təcrübəsinin olması iş axtaranın ən üstün cəhətidir. Işə götürənlər bu keyfiyyətə xüsusilə önəm verirlər. Təbii ki, belə insanlarla işləmək daha asan olduğundan  hər bir müdir, idarəçi istəyər ki, onun yanında təcrübə sahibi olan biri çalışsın. Buna görə də iş axtaranlar iş təcrübələrini rezümedə ( rezüme - sizin müsahibəyə giriş biletinizdir) düzgün qeyd etməlidirlər. Rezümenizi geniş etməklə işə daha rahat götürüləcəyinizi düşünürsünüzsə yanılırsınız. Çünki, məlumatlar nə qədər çox olarsa onları oxuyub dəyərləndirmək bir o qədər çətin olar. Rezüme sizinlə bağlı bütün suallara cavab verməli deyil, təkcə bu sualdan başqa: bu işin öhtəsindən gələ biləcəksinizmi? İşəgötürən haqqınızdakı digər məlumatları müsahibədə öyrənəcəkdir. Sizin müsahibəyə çağırılmanız üçün rezümedə nələr qeyd edilməlidir? 

1. Müvafiq iş təcrübəsi
2. Iş üçün vacib və mütləq olan texniki, funksional vərdişlər
3. Vakansiyaya uyğun təhsil
4. Bacarıqlarınızı nümayiş etdirən nailiyyətlər
 
Işəgötürənin diqqətini əsas informasiyaya necə cəlb etmək olar? 
 
1. Rezümenizi əvvəlki iş təcrübənizlə əlaqəli informasiyalarla yükləməyin.
2. Öz nailiyyətlərinizi fakt və rəqəmlərdən istifadə edərək  sistemli şəkildə qeyd etdiyinizdən əmin olun. 
3. Açar mövqeyə malik bilik, bacarıq və təcrübələrinizi qeyd edin.
 
Qazandığınız təcrübədən öz xeyrinizə faydalanmalısınız. Burada sadəcə öz əvvəlki iş yerinizi yazmaq kifayət etmir. Rezümenin bir hissəsi sizin bacarıq və qabiliyyətlərinizi işə götürənə düzgün formada izah etməyə xidmət etməlidir. Iş yerinizə aid işlədiyiniz zamanı, şirkəti və vəzifəni qeyd etmək üçün xüsusi bölmə olmalıdır. 
 
Iş yeri: Şirkətin adı tam və abbreviaturasız (qısaltma, ixtisaretmə) olmadan yazılmalıdır. Belə düşünmək olmaz ki, bu şirkət hamıya tanışdır. Əgər şirkətin ayrı – ayrı rayonlardakı filiallarında işləmisinizsə bunu mütləq qeyd edin. 
 
Vəzifə: Vəzifəniz də aydın şəkildə qeyd olunmalıdır. Məsələn, əgər vəzifənizi qısaca rəhbər yaxud menecer olaraq yazsanız, işəgötürəndə cavabdan çox sual yarana bilər. Bunu daha uyğun şəkildə “satış meneceri”, “İT bölməsinin rəhbəri” və s. kimi qeyd etsəniz sizin üçün daha faydalı olar.
 
Iş müddəti: Nə vaxtdan nə vaxta qədər işləmisinizsə o tarixin mütləq şəkildə qeyd olunması vacibdir. Bu işəgötürənin də sizin iş müddətinizi dəyərləndirməsini asanlaşdırmış olacaqdır. Əgər siz iş zamanı hər hansı yüksək vəzifəyə yüksəlmisinizsə və ya mükafat almısınızsa bu qeyd edilməlidir. 
 

ŞƏRH YAZIN