Psixoloqların Uşaqlığınızı Araşdırmasının Səbəbləri...

0
4357
Psixoloqların Uşaqlığınızı Araşdırmasının Səbəbləri...

Bu yazıyla maraqlanıb oxuduğunuza görə yəgin ki, artıq uşaq deyilsiniz. Hazırda neçə yaşınızda olduğunuzu bilmirəm amma həmişə bu yaşınızda deyildiniz. Bir zamanlar uşaq idiniz və o zamanlar hər şeyin fərqində olmasınızsa da, beyniniz indiki kimi mükəmməl quruluşda idi. Bir çoxunuzun uşaqlıq xatirələrini xatırlaya bilmədiyini anlayıram amma, əslində "beyniniz o xatirələri əsla unutmadı", amma bu xatirələr şüuraltında toplandı. Qorxularınız, xoşbəxtlikləriniz, uğurlarınız, uğursuzluqlarınız, həyata, özünüzə və ətrafınızdakılara dair inamlarınız, məna verə bilmədiyiniz ya da həyatınıza yerləşmiş bəzi düşüncələr, davranışlar və daha bir çox şey şüuraltında saxlanılır. Gəlin hamımız birlikdə uşaqlığımıza səyahət edək və bəzi şeylərin səbəbini görək:

1. Niyə qaranlıqdan qorxuruq? Bu maddədə bir uşaqlıq travması kimi "bədheybətlər, xoxanlar, canavar və s." dövrəyə girir. Bilirsiniz ki, onlar  valideynlərimizin söylədiyinə görə qaranlıq olanda hər yerdən çıxa bilirlər. Girməməli olduğumuz otaqlar, qarışdırmamalı olduğumuz şkaflar, yataq altlıqları və qaranlıq, kimsəsiz olan hər yer. Az əvvəl qurduğum cümləni ciddi qəbul etməməyiniz diləyiylə əsas mövzuya gələk: qaranlıqdan qorxmanızın səbəbi uşaqkən qaranlıqda(n) qorxudulmağınız ya da qaranlıqda yaşadığınız travmatik bir hadisə ola bilər.
 
2. Niyə həmişə yanlış insanlar sizi tapır? Bağlanma forması qaydasına görə onlar sizi deyil, siz onları tapırsınız ". Az əvvəlki cümləni oxuduqdan sonra " Niyə mən dəliyəm? " dediyinizi eşitmiş kimiyəm. Xeyr deyilsiniz, lakin, uşaqlığınızda sizə baxan adamla (ana, baxıcı, ata, qohum və s.) qurduğunuz münasibətdə həll edə bilmədiyiniz problemləri həll etmək üçün irəlidə də o qarşıdurmaları yaradacaq olan kəsləri həyatınıza almağınız mümkündür. Məsələn: uşaqkən bağ qurduğunuz adam sizi alçaltmış, yox saymış vs. isə irəlidə sizə bunları edəcək kəslərə bağlanmağınız və ya onları adət halına gətirməyiniz mümkündür.
 
3. Niyə vuran (fiziki zorakılıq) həyat yoldaşı asan bağışlanılar? Uşaqlığınızda nümunə aldığınız baxıcınız davamlı şiddət görüb səsini çıxarmırsa, ayrılmaq istiqamətindəki qorxularını sizə bulaşdırmışsa ya da ailə üzvlərindən biri şiddət göstərirsə, şiddəti bir "sevgi göstərmə forması" olaraq qəbul etmiş ola bilərsiniz. Lakin zorakılıq, sevən insanın edə biləcəyi bir hərəkət deyil, qarşıdakının varlığını yox sayar və dağıdıcıdır...
 
4. Niyə məsuliyyət almaqdan qaçırıq? Uşaqlıq dövründə baxıma möhtacıq. Baxıcınız hər kim isə, hər işinizi o boynuna götürmüş və sizə heç bir məsuliyyət yükləməmiş ola bilər. "O yorulmasın mən edərəm" deyərək yaxşılıq etdiyini zənn edərkən əslində, irəlidə sizin öz başınıza yaşaya bilən bir fərd olmanıza fərqində olmadan maneə törətmişdir. Yenə də onu bağışlayın, çünki bu adam sözün tam mənasıyla, sizi sizdən çox düşünmüşdür...  
 
5. Niyə özümüzə güvənmirik? Hamımız uşaqkən böyüklərin dünyasında doğulan baxıma möhtac kiçik varlıklar idik, yəni özümüzə etibarsızlıq bizə ta o zamanlardan gəldi. Kimsə burada, "Mənim özümə güvənim hər mövzuda tamdır." deyə bilməz və deməməlidir də çünki, kimsə hər mövzuda çox yaxşı deyil. Çox şükür ki, özünə güvən duyğusu sonradan da qazanıla bilən bir duyğudur.
 
6. Niyə istəklərimizi ağlayaraq çatdırarıq? Bu davranış artıq xasiyyətiniz olubsa vəziyyət heç də yaxşı görünmür. Sözü uzatmadan bunu söyləməliyəm ki, uşaqlığınızda hər ağladığınızda istədiyiniz şeylər bir – bir edilmiş ola bilər. Şüuraltında istəklərinizi əldə etməyin bir yolu kimi qalan bu davranış məhz uşaqlıq dövrlərindən gəlir. 
 
7. Niyə dırnaqlarımızı yeyər ya da barmağımızı ağzımıza alırıq? Körpəlikdə həzz mənbəyi ağzımız olduğuna görə (yemək, ana südü) böyüdükdə də həzz qaynağı olaraq ağzı əsas götürük ki, bu da adamın stressli olduğu zamanlarda əlini ağzına aparmasına ya da dırnaqlarını yeməsinə səbəb ola bilər. Saqqız çeynəmənin stressi azaltmasını da yenə bu şəkildə açıqlaya bilərik.
 
8. Niyə narahatlıqlarımız ana – atalarımızınkına bənzəməyə başladı? Gənckən qınadığınız ya da "ana yenəmi? " dediyiniz şeyləri siz də beyninizə yeritməyə başladınız? Bu adi haldır, çünki, ana – atalarımız qorxularını, narahatlıqlarını fərqində olmadan bizə bulaşdırar. Sonra biz bunları "ana, ata olarkən anlarıq ". Ya da bəzilərinə həqiqətən dəyər verəndə onlar üçün eynilə ana – ata kimi narahat olarıq. 
 
9. Niyə hər kəsə güvənirsiniz? Bağlanma stillərindən biri olan etibarlı bağlanmada körpə özünə, ətrafındakılara və ona qulluq edənə güvənər, hər ehtiyacı olduğunda birinin ona kömək edə biləcəyini və özünə zərər verilməyəcəyini düşünər. Bəlkə siz də etibarlı bağlanan bir körpə idiniz, məhz  bu əla bir xəbərdir! Çünki hər kəs etibarsız deyil. Zamanla kimə güvənib, kimə güvənməyəcəyinizi öyrənə bilərsiniz. Əgər kimsəyə güvənməyib, özünüzə ictimai həyatdan təcrid olan bir mühit yaratsaydınız?
 
Bu yazdıqlarımdan dolayı əsla valideynlərinizi və ya körpə ikən sizə baxan adamı günahlandırmayın, onlar da ana/atalarından gördüklərini tətbiq etdilər. Uşaqlığımız necə keçmiş olursa olsun özümüzə yeni üfüqlər açmaq bizim əlimizdədir. Artıq uşaq deyilsiniz, o zaman ayağa qalxın və bir yetkin kimi davranın! Sağlıqla qalın...
 

ŞƏRH YAZIN