Qərarı Hansı Anda Vermək Lazımdır?

0
1791
Qərarı Hansı Anda Vermək Lazımdır?

Aparılan bir araşdırma insanların mövcud olduğu vəziyyətin onların qərarlarına necə təsir etdiyini açıqlayıb. Belə ki, onların gəldiyi qənaətə görə, insanlar vacib qərarlarını özlərini xoşbəxt hiss etdikləri anlarda verməlidir.

İlk öncə kollec tələbələrinə 10 ədəd iş siyahısı verilib. Siyahıda işlərin yanına gülüş və qəmgin işarə qoymaları istənilib. Həmin işarələrə görə onları qruplara ayırıblar. Onları xoşbəxt edən və qəmgin edən işlər verilib.
 
Daha sonra imtahanın niyə lazım olduğu və həyatlarına necə təsir edəcəyini soruşulub. Xoşbəxt insanlar imtahanın gələcək karyeraları üçün lazım olduğunu, digər qrup isə bunun nəyə lazım olduğunu deyib. 
 
Araşdırma nəticəsində bəlli olub ki, insanlar əhval-ruhiyyədən asılı olaraq hadisələrə müsbət və ya mənfi reaksiya verir. Xoşbəxt insanlar gələcəyi düşünərək hadisələrə düzgün qiymət verir.
 
“İnsanlar mövcud olduqları vəziyyətdən kənara çıxıb, olanları rəsm halına gətirib hadisələrə pozitiv baxmalıdırlar. Neqativ düşünən insanlar isə gələcəklə bağlı bütün fürsətləri görməyi əngəlləyir və pis qərarlar verməyə səbəb olur. Gələcəklə bağlı qərarlar verəndə xoşbəxt olduğunuz zamanları seçin” deyə psixoloq Labroo və Patrick sonda belə bir rəy bildiriblər.
 

ŞƏRH YAZIN