6 Təməl Qayda

0
3856
6 Təməl Qayda

 Həyatımız 6 təməl qananun üzərində qurulub:

1. Necə davranış göstərərsizsə, o da sizə qayıdar
Əgər siz özünüzə qarşı səmimi,gözəl münasibət gözləyirsinizsə, o zaman siz də başqalarına qarşı o münasibətlə yanaşın. İnsanlara hörmətlə yanaşın, yaxşılıq edin, hədiyyələr verin. Xeyirxah insan olmağa çalışın.
 
2. Kənarda baş verənlər sizin iç dünyanızın güzgüsüdür
Əgər həyatınızda baş verənlər sizin xoşunuza gəlmirsə, onda daxili dünyaya fikir verin və səbəbini orda tapın. Onu dəyişsəniz, sizin ətrafınız da dəyişər. Əgər siz öz bədəninizi sevmirsinizsə, o xəstələnir.
 
3. Nəyi cəlb etmək istədiyinizi özünüz seçin
Yaxşılıq yaxşılığı cəlb edir, qorxular həyata keçir, pis fikirlər bumeranqla geri qayıdır. Siz nəyi cəlb etmək istədiyinizi özünüz seçirsiniz.
 
4. Sevgi pozitiv düşüncələri yaradır
Bu ən böyük sağaldan gücdür. Özünüzə və başqa insanlara qarşı sevgi hissi sizdə pozitiv düşüncələr yaradır.
 
5. Fikirlər həyata keçir
Hər şey sizin beyninizdə başlayır. Sizin fikirləriniz hər şeyin açarıdır. Xəstəlik və sağlamlıq, sərvət və yoxsulluq - bunların hamısını siz özünüz yaradırsınız.
 
6. Məsuliyyət
Başqa qanunlar kimi bu da çox vacibdir. Onun mahiyyəti qurban rolunu buraxmaqdadır. Ətrafdakıları günahlandırmağı dayanmaq və həyatınızı öz əllərinizə götürmək lazımdır. Siz hər şeyi bacaracaqsınız, əsas buna inanmaqdır!
 

ŞƏRH YAZIN