Güclü Bir Zehnə Sahib Olmaq.

0
3727
Güclü Bir Zehnə Sahib Olmaq.

Müvəffəqiyyətə nail olmağın yolları yaxşı bir zehnə sahib olmaqdan keçir. Uğur qazanmayan insanlar hər zaman şanssızlıqdan,bəxtləri gətirməməklərindən şikayətlənib, bəhanə gətirərlər.
 
Əla bir beyinə, yaxşı zehnə və zəkaya sahib ola bilərik. Beynimizdə çox gözəl və yaradıcı fikilər də ola bilər. Ancaq, bunları hərəkətə keçirməyəndə bu fikirlərin heç bir mənası qalmır.
 
Fərdi inkişaf təlimlərində zehni inkişaf etdirərkən, hərəkətə keçməyə çox diqqət edilir. Hərəkətə keçməyən bütün fikirlər ölü fikirlərdir. Nə özümüzə,nə də ki, yaxınlarımıza bir xeyri yoxdur. Bu səbəbdən də yaxşı bir zehnə sahib olmaqla birlikdə, zehnimizdəki dəyərli düşüncələri öz xeyrimizə və ətrafdakıların xeyrinə işlətməliyik.
 
Güclü bir zehinə sahib olmaq üçün nə etmək lazımdır?
 
Güclü bir zehnə sahib olmaq üçün təhsil, araşdırma,oxuma, dinləmə, gəzmə, analiz etmə, dəyərləndirmə bacarıqlarını inkişaf etdirmək lazımdır.
 
Bunlar müvəffəqiyyət yolunuza işıq salar!
 

 

ŞƏRH YAZIN