Arzularımıza Çatmaq Üçün Nə Etməliyik?

0
3897
Arzularımıza Çatmaq Üçün Nə Etməliyik?

Arzularınızın həyata keçməyi sizə əlçatmaz gələ bilər. Ancaq hər şey sizin özünüzdən asılıdır. Arzularınızı zehninizdə düşünərkən “mən buna  layiq deyiləm” və yaxud “reallaşmağı nə qədər zaman alar deyə, mən bundan ən yaxşısı vaz keçim” kimi fikirləri qətiyyən ağlınıza gətirməyin. Hər şey məhz sizdən asılıdır, sizin iradənizdən. İndi isə aşağıda yazılanları diqqətlə oxuyun və əməl edin.

1. Nə istədiyinizə qərar verin.
 
Qərarsızlıq ən böyük problemlərdən biridir. Əgər həqiqətən nə istədiyinizi bilmirsinizsə, ümumiyyətlə arzunun reallaşmağından söhbət belə gedə bilməz. Hədəf dəqiq olmalıdır. Nəyi arzulayırsınız, nəyin reallaşmağını daha çox istəyirsiniz, nə olmaq istəyirsiniz. İlk öncə bunları müəyyənləşdirməlisiniz ki, o üzrə planlar qura biləsiniz.
 
2. Arzunuzun məqsədəuyğun və əhəmiyyətli olmağına diqqət edin.
 
İstəyimizin məqsədəuyğun və əhəmiyyətli olmağına diqqət yetirməliyik. Çünki belə olduqda birinin sizə yardım etməyi də asanlaşır. Söhbət mənəvi dəstəkdən gedir. Maddi cəhətdən dəstək olmağı o insanın artıq şəxsi işidir və bu təbii ki, sizin razı olub-olmamağınızdan da asılıdır. Ancaq həyatda hər şey pulnan ölçülmür. Puldan da daha dəyərli və effektli fikirlər vardır. Məsələn, arzunuzun həyata keçməyi üçün sizə doğru istiqamətlər verməsi kimi.
 
3. Yardım etmə bacarığı olan insanlardan kömək istəyin.
 
Xüsusilə bir probleminiz varsa, ya da yeni bir işə başlayacaqsanız mütləq işinizlə əlaqədar biliyə sahib kişilərdən dəstək almalısınız. Mövzu ilə əlaqədar heç bir fikrə sahib olmayan insanlardan kömək istəmək məntiqsiz addım olacaqdır. Sizə fayda vermək əvəzinə, zərər də gətirə bilər, ağlınızı qarışdıracaq doğruları yalnış olaraq görəbilərsiniz. Buna görə də mütləq bu mövzu ilə əlaqədar bilik və təcrübəyə sahib insanlara danışın.
 
4. İstəklərinizdə israrlı olun.
 
Bəzən arzularınız həmin an reallaşmaya bilər ya da xəyalınızdakı nəticəni verməyə bilər. O anda ümidsizliyə düçar ola bilərsiniz. Bu çox normal haldır. Bir şeyi həqiqətən istəyirsinizsə, mütləq nəticəni düşünərək hərəkət etməlisiniz. İlk öncə bilməlisiniz ki, heç bir şey asanlıqla əldə edilmir. Bunun üçün qarşınızdakı əngəlləri bir problem olaraq görməyi ümumiyyətlə unudun və  arzularınıza çox istəkli bir şəkildə, əzmnən, qərarlı və qətiyyətli bir şəkildə yanaşın.
 
5. Əsla imtina etmə!
 
İlk öncə bunu yadınızda saxlayın ki, mənfi düşüncələr insanın bütün enerjisini alır və  bu da təbii olaraq fəaliyyətinizə də öz təsirini göstərir. Çünki davranışlarımız da düşüncələrimizdən asılıdır. Buna görə də həvəsdən düşməmək üçün daima pozitiv düşünməliyik ki, göstərdiyimiz fəaliyyət də yaxşı olsun. Heç bir zaman kiçicik bir qığılcımın belə ürəyinizdəki bir gün reallaşacağı arzusuyla alışıb-yanan istəklərinizi söndürməyinə icazə verməyin. Əsla arzularınızdan imtina etməyin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN