Təsir Edə Bilməyi Bacarmaq

0
2337
Təsir Edə Bilməyi Bacarmaq

Gündəlik qayğılardan və işlərdən yorulduğunuzu hiss edirsiniz?İnsanların həll etməyə məcbur olduğu real problemlərdən başqa  haqqında düşünərək yalnız beynini mənasızca yüklədiyi və bilmədən özünə zərər verdiyi müəyyən düşüncə tərzi və fikirləri var.

Sizin hansısa qorxularınız,qayğılarınız və ya problemləriniz var?O zaman özünüzə sual verin.Bunların məhz hansına təsir edə bilirsiz? Çünki məhz etməli olduğunuz işlər - təsir edə biləcəyiniz, dəyişdirə biləyəcəyiniz və ya həll edə biləcəyiniz işlərdir.Əgər gedişatına təsir edə bilməyəcəyiniz proseslər varsa o zaman onlar haqda düşünməyi buraxın.Çünki onlar haqda yalnız düşünmək heçnəyi dəyişdirməyəcək.Bu özünüzə əlavə və lazımsız fikirlərlə əziyyət verməkdən başqa bir şey deyil.Yaxşı olardı ki, təsir edə biləcəyiniz işlər, gedişatında müəyyən rol oynaya biləcəyiniz məsələlər ilə məşğul olasınız.Sizin əlinizdə olmayan digər işləri isə öz diqqətinizdən məhrum edin.Onlar onsuzda sizdən asılı olmadan inkişaf edəcək.Və necə düşünməyinizdən asılı olmayaraq baş verməli olan baş verəcək.
 
Nəyi fikirləşdiyiniz vacib deyil, nəyə təsir edə biləcəyiniz vacibdir.Təbii ki, burada hərəkət keçmək böyük rol oynayır.Axı təkcə düşünməklə siz tapşırığı həll edə bilməzsiniz.Təsir edə biləcəyiniz məsələlərin həllini planlayın və yalnız bundan sonra qoyulmuş məsələni praktiki həll etməyə çalışın.
 
Əlavə olaraq onu da qeyd edək ki,"əgər belə olsaydı, kaş ki, belə olsaydı" kimi düşüncələr də boşuna deyilmiş sözlərdir həmçinin də zaman itkisidir.Bu kimi sözlər beyninizi lazımsız fikirlərlə doldurur.Heç bir ehtimal və ya fərziyyə lazım deyil.Sadəcə olduğu kimi düşünməyə başlayın və bu fikirlərdən məhz hansıların praktikada istənilən nəticələri qazandıra biləcəyini izləyin.
 

ŞƏRH YAZIN