Həyata məna verən baxış tərzidir!

0
7045
Həyata məna verən baxış tərzidir!

Bir qadın səhər oyanıb güzgüyə baxır və başında yalnız üç tel saç görür. “Hmm... “ - deyir. “Deyəsən bu gün saçımı hörəcəm.” Saçını hörür və həmin günü çox yaxşı keçir. 

Ertəsi gün qalxıb, güzgüyə baxanda görür ki, başında iki tel qalıb. “Hmm... “ - deyər.  “Bu gün saçımı ikiyə ayıracam.” Dediyi kimi etmiş və günü əla keçmişdi. 
 
Bir sonrakı gün isə, güzgüdə sadəcə saçının bir telinin qaldığını görür. “Yaxşı yaxşı...” - demiş. “Bu gün də at quyruğu edərəm saçımı” - demiş. Yenə də xoş bir gün keçirmişdi. 
 
Səhəri gün isə güzgüyə baxarkən başında heç saç qalmadığını görür. “Vauu” - deyə qışqırmış... “Bu gün saç dərdim yoxdur... “
 
Göründüyü kimi baxış tərzi həyatımızı mənalı edə bilməyimiz üçün çox önəmlidir. Həyat fırtınanın keçməsini gözləmək deyil ki... Yağmurda da yeriyə bilməyi bacarmaqdır...   
 

ŞƏRH YAZIN