Jack Dorseyin Uğur Hekayəsi

0
3815
Jack Dorseyin Uğur Hekayəsi

Bu yazımızda dünyanın ən tanınan və effektiv sosial şəbəkələrindən biri olan twitterin yaradıcısı Jack Dorseyin həyatı və twitterin hekayəsindən bəhs edəcəyik.

Hələ 15 yaşında olarkən Dorsey, Bishop DuBourgh Məktəbinə təhsilini davam edərkən proqram yaratdı . Günümüzdə bəzi taksi şirkətləri hələ də bu proqramdan istifadə edir.
 
Elekton ticarətlə məşğul olan marketlərdə axtarış etmədiyi, ya da yoldaşları ilə onlayn futbol liqalarında görüşmədiyi zamanlarda Dorsey, vaxtını punk rok konsertlərində keçirərdi.
 
Digər texnologiya milyonçu yoldaşları kimi Dorsey də universitetdən məzun olmadı. Missuri Elm və Texnologiya Universitetində qısa bir müddət oxuduqdan sonra Nyu-york universitetinə transfer olundu, ancaq tezliklə məktəbi buraxdı.
 
2000-ci ildə Dorsey, dostlarına Blackberry və elekronpoçt vasitəsi ilə gündəlik həyatı haqqında məlumatlandırmaqda olduğu sadə bir prototip yaratdı. Ətrafının elə də diqqətini çəkmədiyini göründə, bu fikrini kənara qoydu.
 
Odeoda adlı şirkətdə işə başladıqdan sonra irəlidə birlikdə Twitteri quracağı Evan Williams,Noah Glass və Biz Stoun ilə tanış oldu.
 
Odeonun 2006-cı ildə bağlanmasından sonra Dorsey, əvvəlcədən kənara qoyduğu fikri üzərində yenidən işləməyə başladı və sonunda Twitter yarandı.
 
21 Mart 2006-cı ildə Jack Dorsey, ilk tweeti atdı!
 
Dorsey və tərəfdaşları Twitter adını təxminən 7000 dollara aldılar.
 
2008 ci ildə Eva Williams CEO vəzifəsini alanda Dorsey başqa layihələrə diqqət yetirməyə başlamışdı. Eyni zamana Twitter idarə heyətində vəzifəsinə də davam edən Dorsey, Foursquare-ə investisiya qoydu və sahibkarlara ağıllı telefonlarda onlayn
ödəmə xidməti verən Square adlı tətbiqi qurdu.
 
2011-ci ildə Dorsey, Twitter Town Hall-da Prezident Obama ilə müsahibə almaq fürsətini tapdı.
 
2013- ci ildə Twitter kütləvi istifadə edilməyə başlayanda Dorsey saatlar içərisində milyoner oldu.
 
Milyonçu olmasına baxmayaraq içtimai nəqliyyatdan istifadə edən Dorseyin eyni zamanda BMW 3 seriyası olan avtomobilidə var ancaq ondan o qədər də çox istifadə edilmir.
 
Texnologiya liderləri arasında olan Dorsey, tez-tez dünyanı gəzir və bunu izləyiciləri ilə bölüşür.
San-Fransiskonun Əl Camio Del Mar sahillərinə baxan 9.9 milyon dollarlıq bir ev aldığı da şayiələr arasındadır.
 
 

ŞƏRH YAZIN