NLP-nin 4 əsas prinsipi

0
3056
NLP-nin 4 əsas prinsipi

NLP - nin dörd prinsipi vardır:

1. Əvvəlcə nə istədiyinizi bilməlisiniz. 2. Fəaliyyətə keçin. 3. Fərqinə varın və ayıq olun. 4. Kifayət qədər elastik olmağa çalışın. 
 
1. Nə istədiyinizi müəyyənləşdirin: Əldə etmək istədiyiniz hədəfinizi dəqiq müəyyən edin. İstədiyiniz şey hədəfiniz və ya vizionunuzdur. Vizion - gələcəkdə özünüzü görmək istədiyiniz fotoşəkildir. Vizionun təyin olunmasında çox vacib bir addım var. Fərqi yoxdur, istər fərdi, istərsə də təşkilati vizion olaraq təyin edin,. Əsas olan vizionunuzun mövcudluğudur. Vizion SMART olmalıdır.
 
Specific (Xüsusi)
Measurable (Ölçülə bilən)
Achievable (Əldə edilən)
Realistic (Real)
Timely (Tam zamanında)
 
Xüsusi (Specific) - Ehtiyaclarınızı çox dəqiq olaraq ifadə etməlidir (Nə istəyirəm? Nəyi dəyişmək istəyirəm? Hansı nəticəni istəyirəm?) kimi…

Ölçülə bilən (Measurable) - Mövcud vəziyyətinizi çox əhəmiyyətli şəkildə dəyişdirə bilməyinizi və inkişaf etdirməyinizi təmin etməlidir. (İndi haradayam? Dəyişiklik olsa, hara gedəcəyəm? Necə dəyişiklik məni məmnun edər?) kimi…
 
Əldə edilən (Achievable) - Vizionuma çatmaq üçün nə etməliyəm? Önümə necə mane çıxa bilər? və s.
 
Real (Realistic) - Xatırlana bilən olmalıdır. Yazdığım vizionu həmişə dilə gətirə bilərəm?  Dediyim ifadələrdə müsbət cümlələr var? və s.
 
Tam zamanında (Timely) - Gələcək vizionunuzu özünüzə çox dəqiq olaraq göstərə bilməlisiniz. (Əldə etdiyim qazancı görə bilirəmmi? Bu qazancım məni qane edəcək?) kimi…
 
2. Fəaliyyətə keçin: "Getmək yaxud qaçmaq üçün İLK ADDIM" atılması şərtdir. Xəyalpərəstlərlə müvəffəqiyyətli insanlar arasındakı ilkin fərq də məhz budur. "Hərəkətə keçən hər adam müvəffəqiyyət qazanacaq" deyə bir qayda yoxdur, ancaq hərəkətə keçmədən də müvəffəqiyyət əldə edə bilməzsiniz. Belə bir deyim var: Başlamaq bitirməyin yarısıdır.
 
3. Fərqinə varın və ayıq olun: Siz tamamilə həqiqətləri düşünərək getməlisiniz. Burada duyğularımız, müşahidəçilik qabiliyyətimiz, aldığımız əks reaksiyalar çox önəmlidir. Bunları nəzərə alaraq görərik ki, atdığımız addımlar, davranışlarımız bizi məqsədimizə yaxınlaşdırır, yaxud uzaqlaşdırır?
 
4. Kifayət qədər elastiklik olun: "Eyni işləri etsək eyni nəticələri alacağıq. Hər dəfə eyni şeyi edib fərqli nəticə gözləmək axmaqlıqdır". Atdığımız addımların nəticələrini əvvəlcədən görmək, müvəffəqiyyətsizlik kimi qəbul etdiyimiz vəziyyətdən qorunmaq üçün taktikanı dəyişmək lazım olur. Taktika və strategiyalarımızı istənilən an üçün dəyişməyə, manevr etməyə, elastik düşünməyə, yeni imkanlar yaratmaq və onlardan faydalanmağa  çalışmalı, yolumuzdan dönməməliyik.
 

ŞƏRH YAZIN