İşdə Enerji Toplamaq Vacibdir

0
2568
İşdə Enerji Toplamaq Vacibdir

Enerjimizin bitməsi, bizim də tükənməyimizə gətirib çıxarda bilir. O enerjini geri qazanmalıq ki, işimizin keyfiyyəti aşağı düşməsin və bundan sonra daha yüksək nəticələr əldə edə bilək. Əgər enerjiniz tükənibsə, bu məsləhətlər məhz sizin üçündür.

1.Arada fasilə etmək lazımdır.
Yemək yeyib qutardınız, dərhal kompüterin qarşısına oturmayın. Yemək yeyəndən sonra gəzməyə çıxın. Bir az çöldəki gözəlliyi görmək sizi rahatlaşdıracaq.
 
2.Üzünüzü yumaq yaxşı təsir edəcək.
Oyanmanıza köməkçi olması və sizi yeniləməsi üçün üzünüzü yumağı yoxlaya bilərsiniz. Və ya yaş bir dəsmal ilə boyun və başınızı isladın.
 
3.Yaşıl çay içmək
Yaşıl çay yuxunun dağılmağına təsir edən əla bir vasitəçidir.
 
4.Saqqız çeynəmək
Bəli düz görürsüz, saqqız çeynəmək də enerji gətirirmiş  Sınayın və nəticəsini özünüz də görün.
 
5.Tərkibində şəkər olmayan qidalar məsləhətlidir.
Gün boyu şəkərli qidalar qəbul etmək sizə dözülməz dərəcədə yuxu gətirəcəkdir . Şəkərdən uzaq durun.
 
6.Çoxlu maye qəbul edin.
Vücudumuzun ən çox mayeyə ehtiyacı vardır. Buna görə də gün boyu çoxlu miqdarda su qəbul etməyə çalışın.Su, həzm sisteminizin və hüceyrələrin yenilənməsində effektli rol oynayır. Həmçinin çoxlu su içərək  yuxusuzluq halına da son qoymuş olursunuz.
 

ŞƏRH YAZIN