Həyatınızdakı Böyük Daşlar Nədir?

0
2436
Həyatınızdakı Böyük Daşlar Nədir?

Aşağıdakı real hekayə Kellog Business School-da (Northwestern universiteti) iş idarəsinin master tələbələri ilə zaman idarəetməsi dərsinin professoru arasında keçir.

Professor sinifə girib qarşısında duran dünyanın ən seçilmiş tələbələrinə qısa bir müddət baxdıqdan sonra "Bu gün zaman idarəetməsi mövzusunda təcrübə ilə qarışıq bir imtahan edəcəyik" dedi.
 
Kürsüyə addımlayıb, altından iri bir banka çıxartdı. Arxadan, kürsünün altından bir ovuc yumruq böyüklüyündə daş aldı və daşları böyük bir diqqətlə bankanın içinə yerləşdirməyə başladı.
 
Bankanın daha başqa daş almayacağına əmin olduqdan sonra tələbələrinə qayıtdı və "Bu banka doldu mu?" deyə soruşdu.
 
Tələbələr hamısı bir ağızdan "Doldu" deyə cavab verdilər.
 
Professor "Eləmi?" dedi və kürsünün altına əyilərək bir vedrə çınqıl daşı çıxardı. Çınqılı bankanın ağzından yavaş-yavaş tökdü.
 
Sonra bankanı yelləyərək çınqılın daşların arasına yerləşməsini təmin etdi.
 
Sonra tələbələrinə qayıdaraq bir daha "Bu banka doldu mu?" deyə soruşdu.
 
Bir tələbə "Dolmadı hər halda" deyə cavab verdi.
 
"Doğrudur" - dedi professor və yenə kürsünün altına əyilərək bir vedrə qum götürdü və yavaş-yavaş bütün qum dənələri daşlarla çınqılların arasına nüfuz edənə qədər tökdü.
 
Yenə tələbələrinə qayıtdı və "Bu banka doldu mu?" deyə soruşdu.
 
Bütün sinif bir ağızdan "Yox" deyə qışqırdılar.
 
"Gözəl" dedi professor və kürsünün altına əyilərək bir dolça su aldı və banka ağzına qədər dolana qədər suyu boşaltdı.
 
Cəld davranan bir tələbə o saat "Vaxtımız nə qədər dolu görünsə də, daha ayıracağımız zamanımız mütləq var" - deyə atıldı.
 
"Xeyr" - dedi professor, "bu təcrübənin əsas anlatmaq istədiyi, əgər böyük daşları başdan qoymasan, balacalar girdikdən sonra böyükləri heç bir zaman bankanın içinə qoya bilməzsən" həqiqətidir.
 
Tələbələr çaşqınlıq içində bir-birinə baxarkən professor davam etdi:
 
"Nədir həyatınızdakı böyük daşlar? Uşaqlarınız, həyat yoldaşınız, sevdikləriniz, dostlarınız, təhsiliniz, xəyallarınız, səhhətiniz, bir əsər yaratmaq, başqalarına faydalı olmaq, onlara bir şey öyrətmək! Böyük daşlarınız bəlkə bunlardan biri, bəlkə də bir neçəsi, bəlkə də hamısıdır. Bu axşam yatmazdan əvvəl yaxşıca düşünün və sizin böyük daşınız hansıdır yaxşı qərar verin. Bilin ki, böyük daşlarınızı bankaya ilk olaraq qoymasanız, heç bir zaman bir daha qoymazsınız, o zaman da nə özünüzə, nə də çalışdığınız quruma, nə də ölkənizə faydalı olacaqsınız. Bu da yaxşı bir iş adamı, real həyatda da yaxşı adam ola bilmiyəcəyinizi göstərir".
 
Professor, dərs bitdiyi halda danışmadan oturan tələbələri sinifdə qoyub getdi.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN