İşdə uğurlu olmağın 7 yolu

0
1891
İşdə uğurlu olmağın 7 yolu

1. Müdirinizi tanıyın.

Müdirinizin iş rejimini və xarakterini öyrənmədən onun sevimli işçisi ola bilməzsiniz. Sizdən nə tələb edəcəyini fikirləşin. Sizdən e-poçt gözləyir, yoxsa qapısını döyməyinizi? Verilən tapşırıqları yeritə yetirdikcə məlumat verməyi gözləyir yoxsa tapşırığı bitirdikdən sonra? Bu sualları özünüzə verərək davranışlarınıza  diqqət göstərin.
 
2. Müdirinizin hədəflərini öyrənin.
 
İşçi kimi ancaq öz məqsədlərinizi fikirləşməyin. Müdirinizin də hədəflərini öyrənib dəstək duraraq gözünə girməyə çalışın.
 
3. Sürpriz etməyin.
 
Sürpriz dediyimizdə, əlbəttə hədiyyə almaq və ya ad günü yığıncaq keçirməyi nəzərdə tutmuruq. Əgər hər hansı müştəri ödəməni yubadıbsa və ya ödəmirsə dərhal məlumat verin. "Mən bunu əvvəlcə hiss etmişdim, amma sizə demədim” kimi ifadələr sizin zəif biri olduğunuzu göstərər və idarəçilik qabiliyyətinizə şübhə yaradar.
 
4. Müdirə tez-tez müraciət etməyin.
 
Xəstəlik, sığorta və ya digər ofis problemlərində müdirin yol göstərməsini gözləməyin. Özünüz həll edərək güclü xarakterə sahib olduğunuzu göstərin. 
 
5. Cəld olun.
 
Sizə verilən tapşırıqları bir saatdan çox gecikdirməyin. Hətta mümkündürsə bir az tez təslim etməyə çalışın.
 
6.Özünüz həll edin.
 
Müdirinizi hər probləmə görə narahat etməyin. Hər zaman həll yolunu tapmağa çalışın.
 
7. Sözünüzün ağası olun.
 
Dürüst olun. Lazımsız məsuliyyətləri öhdəliyinizə götürməyin. Gücünüz çatmıyan işlərdə vəd verməyin.
 

ŞƏRH YAZIN