İş Yerində Necə Xoşbəxt Ola Bilərik?

0
2725
İş Yerində Necə Xoşbəxt Ola Bilərik?

Düzdür, iş zamanı gərginliklər, problemlər olur. Amma bunun bütün iş günümüzü məhv etməsinə icazə verməməliyik. Budur sizə iş yerinizdə daha xoşbəxt ola bilməniz üçün bir neçə təklif:
 
1. Gününüzün yaxşı olacağına inanın
İş yerində gününüzün yaxşı keçməsi üçün ilk addım buna inanmanızdır. Məşhur avtomobil nəhənginin qurucusu Henry Fordun dediyi kimi "Ya edəcəyinizi ya da edə bilməyəcəyinizi düşünərsiniz, haqlısınız".
 
2. Yaxşı bir iş günü sizin üçün nə ifadə edir?
İşdəki pis bir günün nə olduğunu yaxşı bilirik, amma bir dəqiqənizi ayırın və işdə yaxşı bir gün keçirmənin nə olduğunu düşünün. Beləcə iş yerində çox daha yaxşı zaman keçirmək üçün hərəkət edə bilərsiniz. İşinizə adabta olun, eyni zamanda fasilələrinizə də.
 
3. Yeni hədəflər
Əgər etdiyiniz iş sizin üçün artıq uşaq oyuncağına çevrilmişsə, bəlkə də bir az daha sizi məcbur edəcək şeylərə ehtiyacınız vardır. Özünüzə bir az daha çətinlikli hədəflər qoyun və bunları daha qısa zamanlarda bitirməyə çalışın.
 
4. Əsaslıla ediləcək kiçik hədəflər
Qoyduğunuz kiçik hədəfləri bacarmaq sizdə müsbət təsirlər buraxacaq, özünüzü yaxşı hiss etmənizə səbəb olacaq və daha böyük hədəflər üçün gətirib çıxaracaq.
 
5. Kiçik fasilələr
Ən yaxşı tennis oyunçularının arasında texniki olaraq çox az fərq vardır. Aralarındakı əsl fərq bu oyunçuların fasilələr arasında necə təkrar özlərinə gəldikləridir. Gün içində özünüzə kiçik fasilələr verin. Yığıncaq arasında nəfəs məşqi, gediş etmək ya da kiçik bir xatirəni canlandırmaq sizə yaxşı gəlir.
 
6. Müsbət hissləri artırın
Bəzən mənfiliklər qaçınılmaz olsa da müsbətlər üzərində adabta olmağa diqqət edin. Sizə müsbət hisslər verən şeylərin siyahısını edin. Bunların həyatınızda daha çox iştirak etməsi üçün məşğuliyyət edin. Köməksevərlik, şükr etmək kimi davranış və düşüncələr müsbət hissləri artırar.
 
7. Enerjinizi müsbətə yönəldin
Düşündüyümüz və danışdıqlarımız həyata keçər və bizi biz edər. Çox vaxt hadisə və vəziyyətlər yaxşı və pisdən meydana gələr. Siz bunu tarazlıqda tutmağa baxın. Bir mənfi duyğu üçün üç müsbəti yaratmağı unutmayın.
 
8. Günahlandırmadan əvvəl düşünün
İş həyatında hər vaxt işlər planlandığı kimi getməz. İşin ən alovlandığı nöqtədə bir başqasına günah atmaq asan ola bilər. Bir dahaki səfərə başqasını günahlandırmadan əvvəl bir iki dəqiqə sakit düşünərək həll tapmağa adabta olun.
 
9. Nümunə olun
Hisslər yoluxucudur. Bu mənfi duyğular üçün də etibarlıdır. Müsbət duyğuların daha çox olduğu bir işyeri də daha məhsuldar olacaq. Çoxumuz məhsuldarlığımız sayəsində təmin olarıq. Müsbət hisslərin yaradıldığı bir mühitin parçası olun. İş yoldaşınızın ya da müdirinizin müsbət bir davranışını tərifləyərək iş yerinizdəki havanı dəyişdirə bilər və digərlərinə də nümunə ola bilərsiniz.
 
10. Özünüzdən əmin olun
Kimsə fikirlərinin tapdalanmasını istəməz. Özündən əmin olmaq yaxşı bir iş günü üçün əhəmiyyətlidir. Dik dayanmaq bunun üçün ən sadə ilk addımdır.
 

 

ŞƏRH YAZIN