Xoşbəxt Olmaq Üçün Nəyisə Gözləməyin

0
3115
Xoşbəxt Olmaq Üçün Nəyisə Gözləməyin

Bir dəfə bir balıqçı sahildə ağacın kölgəsi altında oturub siqaret çəkir.Bu vaxtı ordan imkanlı bir iş adamı keçir və balıqçının siqarət çəkib ancaq burda boş oturmağı ona təəccüblü gəlir.O balıqçıya bunu sual verir.Bu suala cavab olaraq balıqçı bu gün yetəri qədər balıq tutduğunu dilə gətirir.

Bunu eşidən adam hirslənir və söyləyir ki: “Sən nə üçün burda oturub vaxtını itirmək əvəzinə daha çox balıq tutmursan?”
Balıqçı qarşılığında: “Mən daha çox balıq tutmaqla nə edəcəm ki?”
 
Adam isə : “Sən daha çox balıq tutarsan,onları satarsan,daha çox pul qazanarsan və özünə böyük bir qayıq alarsan” deyir . “Bəs sonra nə edəcəm ki?”söyləyir balıqçı. Adam: “Sən suyun daha dərin yerlərinə gedər,daha çox balıq tutub satar və daha çox da qazanarsan” söyləyir. Balıqçı: “Bəs sonra nə edəcəm? deyə maraqla soruşur”.Adam: “Sən daha çox qayıq alarsan ,özünə işçi tutarsan və əvvəlkindən daha çox qazanarsan”.Balıqçı: “Sonra nə edəcəm?” deyə təkrar sual verir. Adam: “Mənim kimi zəngin olacaqsan” deyir. Balıqçı: “Sonra nə edəcəm?” deyərək bir daha sualı təkrarlayır Adam: “Sonra həyatını daha rahat yaşayacaqsan” deyərək sözünü tamamlayır. Balıqçı: “Məgər mən bunu varlı olmadan da  edə  bilmərəm indi?”
 
Sizin xoşbəxt olmaq və həyatdan həzz almaq  üçün başqa bir günü gözləməyinizə ehtiyacınız yoxdur.Sizin hətta xoşbəxt olmağınız üçün  çoxlu pula və ya güclü olmağınıza da ehtiyac yoxdur.Həyatın indiki anında zövq alın və onu doyunca yaşayın.
 

ŞƏRH YAZIN