Xoşbəxt Olmaq Çətin Bir Şey Deyil

0
2646
Xoşbəxt Olmaq Çətin Bir Şey Deyil

Xoşbəxt olmaq bir möcüzə və yaxud qeyri-adi bir şey deyil. Xoşbəxt olmaq üçün bir şeylər etməyə çalışmaq, özünü xoşbəxt edəcək şeylər tapmalısan. 

Xoşbəxt olmaq istəsən, əvvəl özünü sevəcəksən , özünə dəyər verəcəksən və içindəki mənfi düşüncələrdən təmizlənəcəksən!
 
Hər səhər qalxdığında nəfəs ala bilir və yaşayırsansa, şükür edəcəksən!
 
Xoşbəxtliyinizi bir şeyə ya da bir şeylərə bağlamayın! Bu olsa xoşbəxt olaram deməyin. O zaman xoşbəxt olmaq üçün bəlkə də çox gözləyəcəksiniz və bu müddət içində bədbəxt olacaqsınız. Fərz edək oldu, tam da o an  xoşbəxt olacaqsınız. İnsanoğlunun istəkləri bitməz.Bu səbəblə də əsla xoşbəxtliyinizi bir şeylərə bağlamayın. Mən xoşbəxt olmaq istəyirəm dəyin və şükür edin, özünüz sevin və səhvlərinizi bağışlayın.
 
Özünüzə dəyər verin. O zaman hər şeyə gülümsəyərək baxacaqsınız, özünüzü sevdikcə ətrafınızdakıları da sevəcək və sevgi paylayacaqsınız.
 
Yaradanın yaratdığı hər şeyi sevin və hər kəsi səhvlərinə baxmayaraq sevin.
 
Kimsədə qüsur axtarmayın və qüsurları yaymağa deyil örtməyə çalışın.
 
Özünüzü sevdikcə ümidləriniz yaşıllaşacaq, xəyallarınız gözəlləşəcək, yaşamaqdan zövq alacaqsınız.
 
Özünüzə yaxşı baxın və özünüzü sevin, özünüzə dəyər verin, gələcək qorxuları üzündən bu günü yaşamağı unudanlardan olmayın!
 

ŞƏRH YAZIN