Diksiya Təlimi

0
821
Diksiya Təlimi

Danışarkən hər kəsin mənə maraqla qulaq asmasını, onların üzündə heyranlıq hissi görməyi o qədər istərdim ki! Tədbirlərdə, məclislərdə yaddaqalan çıxışlar edib məni dinləyənlərin qəlblərini riqqətə gətirməyi o qədər çox istəyirəm ki!...

...deyirsinizsə....
 
Yadınıza salın, hansı bir uğuru və ya uğursuzluğu ünsiyyət olmadan qazanmısınız? Əlbəttə ki, heç birini. Cəmi 32 saatda hamının qibtə etdiyi danışıq qabiliyyətinə sahib olan, qazandığı dolğun səs imkanı ilə ilk saniyələrdə başqalarının diqqətini çəkən harizmatik bir adam olmağı kim istəməz ki?
 
Diksiya dərslərini başa vurduqdan sonra tez-tez əsəbilərinizi korlayan bir çox sıxıntıdan bir anda xilas olacaqsınız. Beləliklə,
 
DİSKİYA kurslarına qatılmaq üçün 11 səbəb:
 
1. Siz özünüzü təsdiqləmək üçün dəridən-qabıqdan çıxmağa son verəcəksiniz, sizi olduğunuz kimi qəbul edəcəklər-çünki siz artıq özünüzü gözəl bir şəkildə ifadə etməyi bacaracaqsınız. 
 
2. Sizin hələ kəşf olunmamış bilik və bacarıqlarınız başqalarını heyran qoyacaq-çünki siz indiyə kimi bunları ən uğurlu bir şəkildə çatdırmağı bacarmamaışdınız. 
 
3. Özgüvən hissiniz inanılmaz dərəcədə artacaq-çünki siz aydın və səlis danışığınızla başqalarına təsir edə bilmənin zövqünü yaşayaraq hər kəsi razı sala, inandıra bilcəksiniz. 
 
4.İş yerində qatıldığınız tədbirlərdə, dost və qohumlarla toplaşdığınız məclislərdə hər kəs sizi önə verməyə çalışacaq. Çünki sizin təsirli və gözəl çıxışınızın oraya toplaşanların zövqünü oxşayacağını, tədbiri, məclisi yaxşı mənada təsir altına alacağını bilirlər. 
 
5. Başqalarının sizə əvvələr əziyyət verən reaksiyalarına, fikir və mülahizələrinə fkir verməyəcəksiniz. Çünki sizin diksiya dərsində öyrənmiş olduğunuz 3 silahınız var: biri az və təsirli danışıq, ikincisi səbirlə dinləmək mədəniyyəti, üçüncüsü isə susmaqla ən gözəl cavabı vermək. Yerinə görə birindən istifadə edərək həm münasibətlərinizi normal saxlayacaqsınız, həm də əsəbdən uzaq olacaqsınız. 
 
6. Ləhcə və şivələrdən təmizlənmiş, ədəbi dildə olan səlis nitqiniz danışmağa başladığınız ilk saniyədə başqalarında savadlı, ağıllı, işini bilən, özünə hörmət edən adam təəssüratı yaradacaq. Bu isə insanların sizə yanaşma tərzini, münasibətini, təkliflərini yaradan ən vacib elementdir. 
 
7. Diksiya dərslərində aydın təlləffüzü əldə etmək üçün öyrəndiyiniz məşqlər sayəsində ağız tənbəlliyindən qurtularaq 2 sərvət qazanacaqsınız; Birincisi, bundan sonra danışarkən qətiyyən sıxılmayacaq, sözlərin çox asan bir  şəkildə ağzınızdan çıxmasının və başqalarına gözəl təsir etməsinin zövqünü yaşayacaqsınız. İkincisi bu şəkildə danışarkən aktiv tərpənən əzələləriniz üz dərinizə əla təsir edəcək, qırışmanın qarşısını effektiv şəkildə alacaq. Gec yaşlanmaq üçün vaxt və enerji sərf etmədən əla vasitədir! 
 
8. Əvvəllər sahib olduğunuz səsdən daha cazibədar, daha dolğun səsə sahib olacaqsınız. Ünsiyyətdə sözlər 10, səs isə 30 faizlik təsirə mailkdir.Yəni, nə deyəcəyinizdən daha çox onu hansı səs tonu, hansı intonasiya ilə deyəcəyiniz daha vacibdir. Yadınıza salın, gözəl səsə sahib olan insanlar özünüz də bilmədən elə ilk saniyədən diqqətinizi çəkmirmi? Səsiniz imiciniz olacaq!
 
9. Diksiya dərslərində bədən dilini öyrənəcəksiniz. Bundan sonra həm öz hərəkətlərinizi nəzarətdə saxlayacaq, onlardan ən effektiv şəkildə istifadə edəcəksiniz, həm də başqalarını çözə biləcəksiniz! Siz ki bunu həmişə arzulamısınız! Artıq qarşınızdakı insanın hisslərini, sizin haqqınızdakı düşüncələrini, yalan deyib-deməiyini daha yaxşı analaya biləcəksiniz. 
 
10. Siz indiyə qədər ağciyərlərinizin yalnız 1/3 hissəsindən istifadə etmənin orqanizminizə vermiş olduğu fəsadlarını kəşf edəcək və düzgün nəfəs alaraq bir çox xəstəliklərdən xilas olacaqsınız. Səsimiz olmadan danışığımız reallaşmaz, nəfəsimiz olmadan isə səsimiz yaranmaz. Buna görə də diksiya dərslərində qazanacağınız ilk sərvət düzgün nəfəs almaqdır. Əgər yaranma səbəbi oksigen çatışmazlığıdırsa, siz əməliyyatsız, müalicəsiz təkcə düzgün nəfəs almaqla bir çox xəstəliklərdən (əsasən də baş ağrısı) qurtulacaqsınız. 
 
11. Diafraqmadan nəfəs almaqla həm maddələr mübadiləsi çox uğurlu olacaq, həm də qarın əzələləriniz daim işlək vəziyyətdə olacaq. Bu isə əlavə idman hərəkətləri olmadan o nayihənin daim formada olmasını təmin edəcək.
 
KİMLƏR DİKSİYA DƏRSİ ALMALIDIR?
 
Məsləyini danışaraq həyata keçirənlər:
Aparıcılar, müxbirlər;
Aktyorlar, müğənnilər;
Orta və ali təhsil müəllimləri;
Siyasətçilər;
Film və tamaşa rejissorları;
Hüquqşünaslar, o cümlədən vəkillər;
Həkimlər;
Psixoloqlar;
İş adamları, şirkət rəhbərləri, şirkətlərdə departament rəhbərləri;
Şirkətlərdə personalla iş aparanlar, o cümlədən, insan qaynaqları bölmələrinin işçiləri;
Reklam, marketinq, satış sahəsində çalışanlar;
Bank və sığorta sahəsində çalışanlar;
Fakültəsindən asılı olmayaraq, tələbələr;
 
VƏ ÜMUMİYYƏTLƏ:
 
İşində, şəxsi münasibətlərində uğur qazanmaq istəyənlər;
Özgüvən hissi zəif olduğundan, danışmaqdan çəkinənlər;
İştirak etdiyi tədbir və məclislərdə hər kəsin rəğbətini qazandıracaq gözəl çıxışlar etmək istəyənlər;
Səsindən narazı olanlar;
Başqalarının onlara qulaq asmadığından, hörmət görmədiyindən, sayılmadığından şikayət edənlr;
Ləhcə ilə deyil, ədəbi dildə danışmaq istəyənlər;
Söz bazasını genişləndirib, daha dolğun danışmaq stəyənlər ;
Müxtəlif nitq qüsurlarından əziyyət çəkənlər (o cümlədən bəzi səsləri deyə bilməyənlər) və sair.
 
DİKSİYA UĞUR QAZANMAQ ÜÇÜN ƏN KƏSƏ YOLLARDAN BİRİDİR!!!
 
Bütün iş və şəxsi əlaqələrimiz ünsiyyətin üzərində qurulub. Əgər nə isə yolunda getmirsə və ya daha yaxşısını arzulayırsınızsa, onda mütləq SƏLİS DANIŞIQ qabiliyyətini öyrənməlisiniz!
Diksiya kurslarına aid 32 saatlıq təlimlərimizdə doğru, təsirli və rəngli danışıqla bağlı ən lazımlı bilgiləri öyrədirik və praktik məşğələlər sayəsində bunu həyata keçməsini hədəfləyirik.
 
NƏFƏS, SƏS, ARTİKULYASİYA (4 Saat):
 
NƏFƏS-Səsimiz nəfəsimizin sayəsində yaranır. Nəfəs nə qədər düzgün və bol alınarsa, səs də bir o qədər güclü və dolğun olar. Məşqlər sayəsində illərlə vərdişə çevirdiyiniz yanlış tənəffüsdən xilas olub diafraqmadan nəfəs alacaqsınız. Səsə ciddi təsirindən əlavə, diafraqmadan nəfəs alan insanlar bol oksigen qəbul etmənin nəticəsi olaraq, bir çox xəstəliklərin müalicəsində xeyli irəliləyiş hiss edə bilirlər. 
SƏS-Səs insanın imicidir. Gözəl səsə sahib insanlar dərhal başqalarının diqqətini çəkir, danışarkən onlara daha maraqla qulaq asırlar. Zəif, ciyiltili, xırıltılı və ya kobud səsi olan insanlar söz seçimlərinə nə qədər diqqət etsələr də, istədikləri nəticəni ala bilmirlər. Səsi estetikasından yararlanmaqla ünsiyyətdəki uğurunuzu ciddi şəkildə artıra bilərsiniz. 
ARTİKULYASİYA-Hər səs (hərf) ağız aparatında müəyyən forma qazanaraq ağızdan çıxır. Onların formalaşmasında iştiriak edən dil, dodaq və çənədən düzgün istifadə etmədikdə sözlər sanki danışanın ağzından «tökülürmüş« kimi təəssürat yaradır. Misal üçün, onlar A deyəndə də dodaqlar eyni olur, U deyəndə də. Məşqlər sayəsində ağız aparatı və ətraf əzələlər aktivləşəcək, sözlər ağızdan rahat şəkildə çıxacaq. Səlis danışığınızı həm siz, həm də ətrafdakılar dərhal hiss edəcək.
 
DİKSİYA – FONETİKA (8 Saat):
Necə ki, hər hərfi tək-tək səliqə ilə yazmağı öyrənən adamın gözəl xətti olur, eləcə də hər səsi tək-tək ağızdan düzgün şəkildə çıxaran insanın səlis nitqi olur. Səslər sözləri, sözlər nitqimizi əmələ gətirir. Səslərlə iş bitdikdən sonra hecalar üzərində məşqlər başlayır. Sözdə vurğu qəbul edən, ona canlılıq qazandıran hecaları düzgün şəkildə tələffüz etmək öyrədilir. Bundan başqa, mətn oxuma məşqləri zamanı vurğusu yanlış deyilən sözlər seçilərək düzəldirlir.
 
TƏSİRLİ DANIŞIQ DƏRSLƏRİ (4 Saat):
Hər bir kəsin ünsiyyət zamanı qazanmaq istədiyi nəticə yaxşı təəssürat yaratmaq, inandırıcı olmaq, təsir etməyi bacarmaq, istədiyini əldə edə bilməkdir. Bu zaman hər zaman vərdiş edilmiş səs tonu, söz seçimi, intonasiyadan deyil, daha təsirli bir nitqdən istifadə edilməlidir. Dərslər zamanı iştirakçılara müxtəlif mövzularla bağlı mətn yazdırılır. Sonra mətn səsləndirilir, ən təsirli formaya gətirənə qədər iş davam etdirilir.
 
DANIŞIQ ÇALIŞMALARI (14 Saat)
Bu dərsdə daha öncə öyrənilmiş səs-nəfəs-artikulyasiya, diskiya-fonetika və dramatik məşğələlərin işığında hazırlıqlı danışıq çalışmaları həyata keçirilir. Kameradan və kürsüdən istifadə edərək, iştirakçının ehtiyac və mövcud nitq qüsuruna uyğun fərdi yanaşma tipli məşqlər reallaşdırılır.
 
AUDİTORİYA QARŞISINDA ÇIXIŞ DƏRSİ (2 Saat)
Dərslərdə çıxışın növləri, strukturu, hazırlaşmaq vərdişləri aşılanır. İştirakçılar özləri seçdikləri bir mövzuda çıxış hazırlayraq gəlirlər. Çıxışlar auditoriyaya xitabən və kamera qarşısında edilir. Təlimçi izləmə mövqeyində qalır. Çıxış bitdikdən sonra müzakirə başlayır. Dərslər sayəsində sonrakı həyatınızda istənilən bir tədbirdə, məclisdə rahat, həyəcansız çıxış edə, insanları öz nitqinizlə ovsunlaya bilərsiniz.
 
BƏDƏN DİLİ DƏRSLƏRİ
Ünsiyyətdə bədən dili tam 60%-lik təsirə malikdir. Danışan zaman jest və mimikalarımız sözlərimizi dəstəkləməli, nitqimizi daha təsirli etməlidir. Hətta heç danışmadığımız zaman da bədən dilimiz mütləq mesaj ötürür. Dil yalan danışa bilir, amma bədən dili əsla. Bu, qeyri-ixtiyari formada özünü büruzə verən hərəkətlərin toplusudur. Dərslər sayəsində bədən dilindən effektiv istifadə, həmçinin başqalarının bədən dilini oxumağın sirləri öyrədilir.
 
Cəlalə Nəzəroğlu 
1984-cü ildə  anadan olub. 2002-2006-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. 2007-ci ildə Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin “Jurnalistika” ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2010-cu ildə oranı “Fərqlənmə” diplomu ilə bitirib.
2002-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda “Azərbaycan” radiosunda (müxbir), "Azərbaycan" Televiziyasında (“Səhər” proqramı –aparıcı), “İz Production”da (“Yoldakılar” verilişi-proqram rəhbəri), Xəzər Televiziyasında “Xəzər Xəbər”-in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz televiziyasının “Xəbərlər” departamentinin rəhbəri, ANS televiziyasında “Salam, Azərbaycan” proqramının layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. 
Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu “SAYGIN Coaching & Consulting” Fərdi İnkişaf Mərkəzinin məzunudur. 2015-ci ildə AMEA-nın MTRŞ ilə birgə televiziya və radio aparıcıları üçün təşkil etdiyi treninqdə trener olub. 
"İrəli” İctimai Birliyində, AKİB-in “Gənclər üçün müasir jurnalistika məktəbi”ndə,  bəzi ali məktəblərdə, fərdi inkişaf mərkəzlərində seminar və təlimlər verib və fəaliyyətini davam etdirməkdədir. Sözügedən sahə ilə bağlı bir sıra diplom və sertifikat və nüfuzlu mükafatlarla təltif olunub.
 
ƏN ÇOX VERİLƏN SUALLARDAN İKİSİ:
Diksiya kursu gözəl danışa bilmək və qüsursuz diksiya üçün yetərlidirmi? 
Diksiya kursumuzda sizə öyrədilən, qətiyyən yorucu olmayan və çox vaxt tələb etməyən  məşqləri etsəniz, kursun sonunda ortaya çıxan fərqi özünüz və başqaları dərhal hiss edəcək.
 
Mən iş həyatımda daha yaxşı danışa bilmək üçün diksiya təlimlərinə qatılmaq istəyirəm. Məsləhət görülürmü?
Bəli, bu kursumuzda iştirak iş həyatında və sosial yaşamda özünü daha yaxşı ifadə edə bilmək, daha uğurlu təqdimatlar edə bilmək istəyən iştirakçılar üçün çox düzgün qərardır. Aparıcı olmaq istəyənlər üçün ayrıca məşğələlər nəzərdə tutulub.
 
 
 
Müddəti: 32 saat, 2 ay
Təlim materialları və breyk servis təmin olunur.
 
 
 
Əlaqə üçün:
 
(012) 409-25-82
(055) 342-30-43 (WhatsApp)
(055) 334-45-92
 
 
Ünvan:
Bakı şəhəri , İçərişəhər Qüllə küçəsi 16.
 

ŞƏRH YAZIN