Həyatınızı Daha Da Gözəlləşdirin!

0
3196
Həyatınızı Daha Da Gözəlləşdirin!

Hər gün bir şeir əzbərləyin

Araşdırmalara görə şeirlər və filosoflara aid köklü sözlər, yaddaşa yaxşı gəlir. Bu cür məşhur sözlər əzbərləndiyində yaddaş tutumu artır.
 
Həmişə maraqlanın
 
Özünüzə hər vaxt maraqlanacaq şeylər tapın. Yeni şeyləri təcrübə edin və ətrafı kəşf edin. Bu, vizionunuzun genişləməsinə kömək edəcək.
 
Gəziş
 
Bol - bol səyahət etmək və bilmədiyiniz yerləri kəşf etmək həm beyninizə həm də bədən sağlamlığınıza yaxşı gələcəkdir. Fərqli mədəniyyətləri gəziş və burada öyrəndiklərinizin həyatınıza istiqamət verməsinə icazə verin.
 
Günəşdən qaçmayın
 
Gün işığını qaçırmayın. Xüsusilə günəşli günlərdə mütləq çölə çıxın və təmiz hava alın. Araşdırmalara görə günəş, depressiya ehtimalını azaldır və insanı xoşbəxt edir.
 
Köməksevər olun
 
Ətrafınızdakı insanlara mümkün olduğunca kömək etməyə çalışın. Birinə kömək etdiyinizdə özünüzü nə qədər yaxşı hiss etdiyinizi görəcəksiniz. Çünki köməksevərlik dünyadakı ən təminedici hisslərdən  biridir.
 
Həmişə dürüst olun
 
Etibarlı biri olmaq üçün nə olursa olsun hər vaxt doğrunu söyləyin.
 
Az yatın
 
Yuxu müddətinizi uzatmaq yerinə faydalı yuxu almağı yoxlayın. Gecələri 00:00- 04:00 arasında mütləq yuxuda olun. Bu saatlarda bədən özünü yenilədiyi üçün az bir yuxuyla gümrah qalxa bilərsiniz.
 
Hədəflərinizi və xəyallarınızı təyin edin
 
İstədiyiniz yerə çatmaq üçün mütləq xəyallarınızı təyin edin. Onlara çatmaq üçün hər gün bir şeylər edin.
 
Özünüzü inkişaf etdirin
 
Fərdi inkişaf kitablarından kömək alaraq fərqli dünyagörüşlərini mənimsəyin və doğru qərar vermənizi, xoşbəxt olmanızı təmin edəcək fikirlər əldə edin.
 

ŞƏRH YAZIN