Məşhur Biznesmenin Uğurunun Sirri

0
4976
Məşhur Biznesmenin Uğurunun Sirri

İshaq Alaton türk iş adamıdır. Alarko Şirkətlər Birliyinin idarə heyətinin sədridir. 

Onun uğurunun sirri isə, prinsipləridir.
 
Deyir ki : “Sizi narahat etsə də, özünüzə bəzi suallar verin.”
 
"Plan qurmaq sizin üçün heç bir önəm kəsb etməyə bilər. Bu yerdə ingilislərin bir atalar sözünü deməklə kifayətlənirəm:
“Çatacağı limanı bilməyən yelkənli qayıqçı üçün  heç bir külək əlverişli deyildir.” Siz hədəfinizi arzu və istəklərinizə görə  müəyyənləşdirməmisinizsə, maddi və mənəvi sərvətiniz  heç bir işə yaramayacaqdır.
 
İndi dərin bir nəfəs alın, güzgünün qarşısına keçin və uzun bir müddət gözlərinizin içinə baxın. Özünüzü tapmağa və tanımağa çalışın. Sizi narahat etsə də, özünüzə bəzi suallar verin. Keçmiş günlərdə yaşanan bəzi xoşagəlməz hadisələri yenidən xatırlayın. Bunların pis nəticələrində sizin payınızın nə qədər olduğunu müəyyən etməyə çalışın və bunları düşünərkən mümkün qədər tərəfsiz olun. Daha sonra bu suallara cavab verməyə çalışın: Bugünkü çalışdığınız iş sizə uyğundurmu? Sizə həyəcan verirmi?  Hər gün yeni bir şey öyrəndiyinizi və  bunları hər gün daha yaxşı istifadə edib, müsbət nəticələr əldə etdiyinizi hiss edirsinizmi?"
 

ŞƏRH YAZIN