Az işləyib, çox qazanmaq üçün..

0
2694
Az işləyib, çox qazanmaq üçün..

1. Köməkçi götürün. Öz işlərinizin müəyyən qismini köməkçiyə ötürün. Dünya dəyişir, indi adi mexaniki işləri sizin əvəzinə görəcək insanı hətta pulsuz da işə götürmək olar. Təcrübə üçün öyrənənləri sınayın.

2. Zaman alan şeylərdən dərhal qurtulun:
 
Sosial şəbəkələrdə mənasız ünsiyyət;
 
 Heç nə almayan və ya sifariş etməyən müştərilər ilə yazışmaq;
 
Elektron poçtu gündə 20 dəfə deyil, 2 dəfə yoxlayın.
 
Bütün proqramlardakı çatı söndürün.
 
Bütün bunlar təkcə sizin vaxtınızı deyil, həm də gücünüzü tükədir.
 
3. Bəzi məsələlərdə zəif olduğunuzu özünüzə və ətrafdakılara etiraf edin.
Əgər siz hansısa işi görməyi heç sevmirsinizsə və ya bacarmırsınızsa, onda həmin işi onun öhdəsindən daha yaxşı gələ biləcək adama ötürün. Belə işlər həddindən çox emosional güc alır və sizin inkişafı əngəlləyir. Diqqətinizi ən yaxşı görə bildiyiniz işlər üzərində cəmləyin.
 
4. Öz xidmət və məshullarınızın qiymətini artırın
Hər gün daha mükəmməl, daha unikal olmağa vaxt ayırın. Əgər siz məhsul satırsınızsa, xidməti yaxşılaşdırın və qiymətləri yüksəldin. Bəzən bu addım – daha çox qazanc əldə etməyin ən asan yoludur.
 
Bəlkə sizin müdiriniz özünün də çoxdandır vicdanı ağrıyır və o özü də sizin əməkhaqqını yüksəltməyin əleyhinə deyil, sadəcə heç cürə əli gəlmir. Sizin xahişiniz isə bu prosesi sürətləndirə bilər. Bir cümlə “Mən əməkhaqqımın artırılmasını istəyirəm” sizin gəlirlərinizi artıra bilər.
 
5. Bir iş gününü ləğv edin
Əgər siz həftədə 6 gün işləyirsinizsə, bir iş günün çıxın və həftədə 5 gün çalışın. Əgər 5 günlük iş rejimində çalışırsınızsa, onda bir günü aradan qaldırın və 4 gün işləyin.
 
Bu cox əla bir fənddir. Bunu edin və vaxtınızı necə boş işlərə sərf etdiyinizi görəcəksiniz. Onda özünüzü daha mobil və çevik olmağa sövq edəcək, həqiqətən zəruri olan işləri görməyi öyrənəcəksiniz.
 
6. Gündə 5 dəqiqə planlaşdırmaya vaxt ayırın
Düzdür, bu o haqda o qədər kitablar yazılıb ki, onlar ilə bir deyil, bir neçə yük maşınını doldurmaq olar. Amma yenə də əksər insanlar planlamaya məhəl qoymur. Axşamdan öncəki günü planlaşdırın. Gündəlik olaraq planlama üçün vaxt ayırın və bu investisya mütləq öz bəhrəsini, dividendlərini verəcək.
 
7. Həmişə öz inkişafınız ilə məşğul olun
Treninq və seminarlara qatılın, özünü inkişaf üçün kitablar oxuyun, xarici dil öyrənin. Sizə düzgün istiqamət verəcək və sizi tükənməkdən qoruyacaq treynerlər tapın. 
 

ŞƏRH YAZIN