Həvəslə İşləməyin Üsulları

0
2579
Həvəslə İşləməyin Üsulları

Sevdiyiniz insanlara zəng vurun: Stres işə adaptasiya olmağınıza mane olur. Bu səbəbdən də işin məhsuldarlığı aşağı düşür. Bu zaman inadlı şəkildə çalışmağı, hansısa bir işin öhdəsindən gəlməyi qarşınıza məqsəd qoymağınız ağılabatan variant deyil. Bunun əvəzində daha yaxşı olar ki, işinizə bir neçə dəqiqəlik fasilə verib sevdiyiniz bir insana zəng vurasınız. Görəcəyiniz işləri unudub onunla danışacağınız 5-10 dəqiqə fikrinizi stressdən yayındıracaq və işə daha həvəsli başlamağınıza şərait yaradacaq.

Şokolad yeyin: Şokolad yemək insana mənəvi cəhətdən rahatlıq verir,enerjini yüksəldir, əhval-ruhiyyəyə təsir edir.Bunu biz deyil aparılan araşdırmalar deyir.Buna görə də hər zaman yanınızda bir parça da olsa şokolad olsun.
 
Gülmək üçün vaxt ayırın: Gülmək hər zaman stressdən qurtulmağın ən asan yolu hesab edilib. Buna görə də xoş vaxt keçirmək və gülmək üçün gün ərzində özünüzə heç olmasa 10-15 dəqiqə vaxt ayırın.
 
Sosiallaşın: Fasilə vermədən çalışmaq insanları həvəsdən salır, bu mütəmadi hal aldıqda isə hətta depresiyaya düşməyə səbəb olur. Buna görə də çalışın ki, işlərinizi görərkən həm də iş yoldaşlarınızla ünsiyyət qura biləsiniz. Bu müəyyən müddətlik də olsa, diqqətinizin işdən yayınmasına və müəyyən qədər əqli cəhətdən rahatlaşmağınıza şərait yaradacaq.
 
İş yoldaşlarınıza etibar edin: Bütün işlərin bəzən tək öhdəsindən gəlmək çox çətin olur. Elə məqamlar olur ki, işlərin çoxluğundan həvəsdən düşüb yorulursunuz. Buna görə də hər zaman ətrafınızda kömək istəyə biləcəyiniz, sonuna qədər etibar edəcəyiniz, arxalanacağınız iş yoldaşlarınız olmağına çalışın.
 .
Ofisinizi sıxıcı görünüşdən xilas edin: Günümüzün demək olar ki, böyük bir hissəsini iş yerində keçiririk. Bu zaman olduğumuz mühiti maraqlı etmək isə bizim əlimizdədir. Bunun üçün iş masanızın üzərini sevdiyiniz insanların rəsmləri və sizin üçün xüsusi əhəmiyyəti olan bir neçə əşya ilə bəzəyin. Beləcə, işiniz nə qədər çətin olsa da, ən azından ətrafa baxanda sizi xoşbəxt edəcək, əhvalınızı yüksəldəcək əşyalarla, “insanlarla” qarşılaşacaqsınız.
 

ŞƏRH YAZIN