Sürətli oxuma texnikaları

0
5451
Sürətli oxuma texnikaları

Sənaye Çağını çoxdan geridə qoyduq. Maşınlar, ən çalışqan işçini belə performansda geridə buraxa bilir. Amma, heç bir süni zəka növü, insan beyniylə yarışa bilməz. Başqa bir deyişlə, maşınlar əzələlərin yerini alarkən, beynin yerini heç bir şey tuta bilmir. Bu səbəbdən, yeni çağdakı bizlərin, məlumatın müdhiş sürətinə ayaq uydurmamızı təmin edəcək bacarıqlar inkişaf etdirməyimiz lazımdır.

Multimedia təqdimatları getdikcə daha məşhur hala gəlsə də oxumaq, ən təməl öyrənmə şəkli olmağı davam etdirir. Nə qədər sürətli oxusanız, o qədər çox pul qazanarsınız.
Amma, yalnız yazılı məlumatı daha sürətlə oxumaq yetmir, eyni zamanda bunu qoruya bilməlisiniz. Sürətli oxuma, necə daha tez oxuya biləcəyiniz, oxuduğunuzu anlaya biləcəyiniz və daha çox məlumatı uzun müddət yaddaşınızda tuta biləcəyiniz suallarına cavab olaraq görünür.
Sürətli oxumağa başlamanın 7 yolunu aşağıda tapa bilərsiniz:
1. Oxuyarkən fizioloji və psixoloji olaraq rahatlayın. Nə qədər çox stressli olsanız, o qədər az məlumatı öyrənə bilərsiniz. Rahatlamış bir oxucu, diqqətli bir oxucudur.
2. Bir məqsəd üçün oxuyun. Oxumadan əvvəl, oxuyacağınızı analiz edin və sonra, mətnin və ya kitabın sizə məlumat verəcək qisimlərini seçin. Bəzi kitablarda, iki səhifəlik məzmun kitab qalın olsun deyə gərəksiz mövzu ilə doldurulmuşdur. Bəzən də məzmun çox dolu olmasına baxmayaraq yalnız bir iki hissə ilə maraqlana bilərsiniz.
3. Gərəksiz olanı çıxarın. Bir şeyi oxuyarkən, lazımi hissələri təyin etməklə sizə yararsız olanları çıxarın, digərlərini istifadə edin. Bir dəfə, konsentrasiya üzrə bir kitabı oxumaq üçün saatlar xərcləmiş və sonunda yalnız texnikalar mövzusundakı hissələrin oxunmağa dəyər olduğunu kəşf etmişdim. Kitabın geri qalan qismi, eyni şeylər idi. Artıq, ağıllandım.
4. Ön sözü, girişi keçin. Açar sözlərə fokuslanın. İnsan beyni açar sözləri bütün cümlələrdən daha yaxşı xatırlayır. Ümumiyyətlə, bir mətnin 60% - dən çoxu, yalnız təkrarlardır. Açar sözlərə diqqət etsəniz, daha çox şey anlayarsınız.
5. Sürətli oxuma çalışmaları edin. Daha sürətli oxumaq da bir bacarıqdır. Nə qədər çox tapşırıq etsəniz, o qədər yaxşı olarsınız. Daha sürətli oxumaq, intellektual bir bacarıqdan daha ötədir, gözlərinizi təsirli bir şəkildə hərəkət etməyə öyrəşdirdiyiniz üçün eyni zamanda bir motor bacarıqdır.
6. Sürətinizi saat tutaraq zamanla artırın. Bir hədəf təyin edin və sadə bir plan yaradın. Dəqiqədə 200 sözə yetişəndə, dəqiqədə 250 sözü hədəfləyin və bu şəkildə davam edin. Ardıcıl olaraq "qatar" nizamına tabe olsanız, dəqiqədə bir səhifə oxuya biləcək hala gələcəksiniz. 
7. Söz xəzinənizi inkişaf etdirin. Nə qədər çox söz bilsəniz, qavrayışınız o qədər artar. Nəticə olaraq, bir şeyin nə mənaya gəldiyini anlamaq üçün o qədər az cəhd edərsiniz. Ayrıca, söz xəzinəniz nə qədər yaxşı olarsa, savadlılıq və ictimai bilik səviyyəniz də o qədər yüksələr.
 
Daha sürətli oxumaq, bir az səy istəyir. Amma, aldığınız nəticələr, buna dəyər olduğunu göstərəcək. Məlumatınız artdıqca həyat keyfiyyətiniz də artacaq.
 

ŞƏRH YAZIN