Dərs Hazırlayarkən Diqqətimizi Necə Cəmliyə Bilərik?

0
3671
Dərs Hazırlayarkən Diqqətimizi Necə Cəmliyə Bilərik?

Dərs çalışarkən çox vaxt tələbələr dərs məzmununa diqqətini cəmləməkdə çətinlik çəkirlər. Budur sizə səmərəli dərs çalışma texnikaları və dərs çalışarkən diqqəti toplamaq üçün tətbiq edilməli praktik metodlar.

Diqqəti cəmləmə üsulları:
 
İşləmək üçün ilk növbədə lazımi qərarlar verməlisiniz:
 
Hansı fənn daha öncə çalışılacaq, hansı üsullarla çalışılacaq və s. suallara cavab tapdıqdan sonra işə başlayın.
 
Dərslə məşğul olmağa başlamamışdan əvvəl həm bədən, həm zehin kifayət qədər dincəlmiş olmalıdır.
 
Çalışma məqsədinizi müəyyən edin. Məqsədsiz iş olmaz, çalışarkən bir məqsədiniz varsa, dərslərinizi daha yaxşı mənimsəyib diqqətinizi daha asan artıra bilərsiniz.
 
Çalışacağınız məsələyə maraq göstərin. Bir şey ancaq həvəsli olduğunda öyrənilir.
 
Çalışma mühitinizi səliqəyə salın. Səssiz bir otaqda stolunuzun başında musiqi dinləmədən çalışaraq diqqətinizi toplaya bilərsiniz.
 
Planlı və sistemli çalışın.
 
Çalışmada bir hədəf müəyyən edin. Əgər real hədəflər müəyyən edər və həyata keçirərsək, hədəfə nail olma duyğusunu dadarıq. Bu kiçik uğurlar da diqqəti toplamağa kömək edəcəkdir.
 
Özünüzə güvənin. Özünüzə güvənməniz, o işi bacaracağınıza inanmağınızdan keçər. Özünə inam hissi eyni zamanda güclü bir iradə və qətiyyəti tələb edir ki, bu qətiyyət canınız çalışmaq istəməsə də özünüzü işləməyə zorlamaqdır.
 
İşdə diqqəti dağıdan amillər:
 
Əhəmiyyətsiz sualların zehni məşğul etməsi.
 
Həssas problemlərin olması.
 
Çalışarkən lazımsız variantlara ilişib qalmaq.
 
Olduğunuz mühitin çox səs-küylü olması.
 
Özünə inam əskikliyi.
 
Məlumatların qarışıq və sistemsiz öyrənilməyə çalışılması.
 
Ən əsası, nizamlı dərs çalışmağa vərdiş edin.
 
Sınaq zamanı diqqət edilməsi lazım olan məqamları da öyrənin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN