Fərqli ol və Qazan!

0
7767
Fərqli ol və Qazan!

Xuan və Cinq universiteti bitirdikdən sonra bir topdan satış şirkətində işləyirdilər. Hər ikisi çox həvəslə çalışırdı. Bir neçə il keçdikdən sonra müdir Cinqi satış meneceri vəzifəsinə qədər yüksəltdi, lakin Xuan əvvəlki vəzifəsində qaldı. Bu Xuana bir az pis təsir etdi. Bir gün müdirin otağına gəldi, çox səylə çalışmasına rəğmən, yalnız ona yaltaqlananların vəzifəsini yüksəltdiyini dedi və istefa vermək istədiyini söylədi.

Müdir bilirdi ki, Xuan çalışdığı bu illər ərzində çox yaxşı işçi olub, ancaq o, Xuana onunla dostu arasındakı fərqi göstərmək istəyirdi. Müdir getmək üzrə olan Xuanı saxlamaq üçün ondan bir şey etməsini istədi: marketdə qarpız satan kimisə tapa bilərsən? Xuan ayaq saxladı, geri döndü və bəli dedi. Müdir, ona, - get soruş gör 1 kq qarpızın qiyməti neçəyədir? Xuan dərhal marketə getdi, qiyməti öyrənib qayıtdı, dedi: 1 kq 12$. Müdir Xuana dedi ki, gəl indi həmin tapşırığı Cinqə də verək. Cinq qiyməti öyrənməyə getdi və qısa müddətdən sonra qayıdıb dedi: ”Müdir, təkcə bir nəfər qarpız satan var. 1 Kq 12$-dır. 10 kq qarpız üçün qiymət 100$-dır. Onun 340 qarpızı var. Piştaxtanın üstündə isə 58 qarpız var və hər biri təxminən 15 kq-dır. Satıcı bu qarpızları 2 gün əvvəl, cənub bölgəsindən gətirib, hamısı da təzə, qırmızı və yaxşı vəziyyətdədirlər.
 
Bu hadisədən sonra sanki Xuanın gözləri açıldı və o, özü ilə dostu arasındakı fərqi başa düşdü. Beləliklə, Xuan qərar verdiki işdən çıxmasın və qalıb dostundan çox şey öyrənsin.
 
Nəticə: Əziz dostlar, həyatda uğur qazana bilmək üçün insan daha çox müşahidə aparmalı, dərin düşünən, tez anlayan və ayıq olmalıdır. Bundan başqa, önəmli məsələ odur ki, daha çox uğur qazanan insan biz sadəcə sabahı görərkən onun növbəti illəri də görə bilməsidir. Bir il ilə bir gün arasındakı məsafə 365 gündür. Indi isə fikirləş: necə qalib gələcəksən, həyatını nə qədər uzaq görə bilirsən? Kifayət qədər dərindən düşünə bilirsənmi?
 

ŞƏRH YAZIN