İş Həyatında Təsiredici Ünsiyyət Qurmaq Üçün..

0
2904
İş Həyatında Təsiredici Ünsiyyət Qurmaq Üçün..

İş həyatında uğurun açarlarından biri olan təsiredici ünsiyyət, karyerasında uğurlu olmaq və yüksəlmək istəyənlər üçün vacib bir amildir. İnsanların daha xoşbəxt və uğurlu ola bilmələrində ünsiyyətin təməl bacarıqlarını istifadə edə bilmələrinin təsiri böyükdür.

Ünsiyyət, öyrənmə yolu ilə qazanılan bir bacarıqdır. Bəs, aktiv ünsiyyət nə üçün bu qədər vacibdir? Təsiredici ünsiyyət bacarığı şəxsi həyat və iş həyatında müvəffəqiyyətli olmağın önəmli amillərindən biridir. İnsanlar şəxsiyyətini ünsiyyət vərdişləri ilə ortaya qoyurlar. Anlamaq, izah etmək, öyrənmək, başqaları ilə əlaqə yaratmaq üçün ünsiyyət qurulur.
 
Təsiredici ünsiyyət yaratmağın şərti, insanın öncə öz daxilində sonra da ətrafında necə ünsiyyət quracağını müəyyən etməsidir. Qarşısındakı fərdi aktiv şəkildə qulaq asaraq, anlayaraq, özünü də doğru şəkildə ifadə edib danışaraq bunu bacarır.
 
Yeni tanış olduğumuz və ya tanıdığımız insanlarla necə ünsiyyət qurmalıyıq? Təsiredici ünsiyyət qurmaq üçün 43 təklif:
 
1. Sürətli olmayan, ancaq çox da yavaş olmayan bir temp ilə danışın.
 
2. Danışmadan əvvəl nə demək istədiyinizi düşünün.
 
3. Danışdığınız adamın üzünə baxın.
 
4. Bildiyiniz və sizin üçün əhəmiyyətli olan məsələlərdə danışın.
 
5. Mühüm sözləri və fikirləri vurğulamaq üçün səs tonunda enişlərə və çıxışlara yer verin.
 
6. Tanış olduğunuz adamın əlini sıxın və mədəni şəkildə söhbət edin.
 
7. Fərdi ayrılıqlara (düşüncələr, seçimlər, istəklər, arzular, əməllər) razılaşın.
 
8. Göz təması qurun. Göz təmasını düzgün qurmaq vacibdir. Göz təmasını qura bilməmək qarşındakı insanı narahat edə bilər. Göz təmasından qaçmaq da adamı özünə inamsız kimi göstərə bilər.
 
9. Əvvəl qulaq asın. Dinləyərkən başınızı tərpədərək təsdiqləyin.
 
10. Səmimi və nəzakətli olun.
 
11. Maraq çəkin. Qulaq asanlara məsələnizin nə üçün vacib olduğunu izah edin.
 
12. Sıxıcı, monoton, lazımsız təkrar xarakterli sözlərdən diqqəti dağıtdığı, maraq doğurmadığı üçün uzaq durun.
 
13. Texniki dillə danışmayın. Mənasını bildiyiniz sözləri istifadə edin.
 
14. Qısa, yığcam və konkret ifadələrin daha təsirli və yadda qalıcı olduğunu unutmayın.
 
15. Tənqidi, şəxsiyyətə deyil, davranış, düşüncə və vəziyyətlərə qarşı edin. Dağıdıcı deyil, konstruktiv olun.
 
16. Problemə deyil, həllinə istiqamətlənin.
 
17. Özünüzü tərifləməkdən çəkinin.
 
18. Danışmağınıza, həmişə "mən" deyə başlasanız, çıxışlarınız təhrikedici olar.
 
19. Başqalarının əleyhinə danışmayın, onlara dəyərsiz olduğunuzu söyləməyin.
 
20. Başqalarını alçaldan istehzalı sözlər söyləməyin.
 
21. Həddindən artıq danışmayın, təsiri azaldarsınız.
 
22. Danışanın duyğularını, onun düşüncə baxımından anlayaraq qulaq asın.
 
23. İnanmadan söylənilən sözlərin, inandırıcı olmadığını bilin.
 
24. Süni davranışlardan və şişirdilmiş sözlərdən çəkinin.
 
25. Jest və mimikalarınız sözlərinizin önünə keçməsin.
 
26. Düşünmədən danışmayın.
 
27. Qəzəbliykən vacib söhbətlər etməyin, hirslə ani qərar verməyin.
 
28. Qarşılıqlı sual və cavablarla bərabər çıxış imkanı yaradın.
 
29. Çox danışan, lazımsız yerə hər kəsin vaxtını alanlara fürsət verməyin.
 
30. Güvənli, amma müdrük olmayan bir duruşda olun.
 
31. Yumorist olun.
 
32. Sual verib qarşınızdakıyla maraqlanın.
 
33. Danışarkən mimikadan istifadə edin.
 
34.Gülümsəyin.
 
35. Söhbətlər əsnasında, heç bir məsələni özünüzə götürməyin.
 
36. Əllərinizi və ayaqlarınızı çarpaz etməyin. Kobud durmayın.
 
37. Seçdiyiniz sözlərə diqqət edin.
 
38. Özünüzə istiqamətlənməyin.
 
39. Qarışınızdakının çıxışının bitirməsinə icazə verin.
 
40. Sakit olun, duyğularla hərəkər etməyin və tələsik davranmayın.
 
41. Hissiyatlı olun.
 
42. Özünüz olun.
 
43. Narahat edici səsləri aradan qaldırın və ya azaldın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN