İnsanı daha sağlam edən, insan həyatı üçün bir çox faydası toxunan bir sıra vərdişlər var. Gəlin o vərdişləri biz də vərdiş edək ki, daha sağlam bir həyat yaşayaq.
1. Hər gün eyni zamanda yatmaq və oyanmaq vacibdir.
2. Orqanizminizin sağlamlığı üçün çalışın ki, hər gün eyni vaxtda yemək yeyəsiniz.
3. Ən azı 8 saat normal yuxu yatmaq.
4. Yatmamışdan əvvəl gəzintiyə çıxıb havanızı dəyişin.
5. Ən aşağısı gün ərzində 1.5 litr su için.
6. Hər gün meyvə, tərəvəz və giləmevələr yeyin.
7. Gecə 1 stəkan qatıq için.
8. Bədəninizi möhkəmlətmək üçün soyuq suyla yuyunun.
9. İnternətdə gündə 1 saatdan çox vaxtınızı itirməyin.
10. Üzünüzə təbii vasitələrdən hazırlanmış maskalar vurun.
11. Hər yay gününüzü bir foto ilə ölümsüzləşdirin.
12. Səhərlər qaçışa çıxın.
13. Gündə çox az da olsa belinizdə halqa fırladın.
14. Gülümsəməyi unutmayın.
15. Gündə vaxtınızın müəyyən hissəsini xarici dilə ayırın.
16. Hər gün otağınızı səliqəyə salın, lazımsız şeyləri çıxardın və əgər otağınızda gül saxlayırsınızsa,onları sulamağı unutmayın.
17. Üzünüzü dondurulmuş çobanyastığı həlimləri ilə silin.
18. Küçədə tez hazırlanan yeməklərdən imtina edin.
19. Səhər idmanı edin.
20. Fikrinizi toplayın — sadəcə rahat olun, xoş musiqi dinləyin və pis heç nə haqqında düşünməyin.
21. Hər gün biliklərinizi yeniləyin.
22. Kitab oxuyaraq maariflənin.
23. Heç olmasa gündə bir saat öz valideyinlərinizə ayırın. Ev işlərində onlara kömək edin, danışın, onların problemləri və həyacanlarına şərik çıxın, onlara kömək edin, hər hansı məsəhətlər verin.
24. İnsanlara xoş sözlər və komplimentlər deyin.
25. Etik normalardan kənara çıxmayın.Danışıq üslubunuza diqqət yetirin.
26. Hər gün biraz da olsa insanlara kömək edərək sevindirin.
27. Özünüzə qulluq etməyi unutmayın.Bunun üçün xüsusi vannalar, masajlar, kremlər var .
28. Yayda mümkün qədər kosmetikadan az istifadə edin.Bu dərinizin nəfəs almağı,dincəlməyi üçün çox vacibdir.
29. Sizə xoş təsir edən hekayələr,məqalələr oxuyun.
30. Qamətinizi düz tutun.
31. Bütün ziyanlı vərdişlərdən uzaq durun.
32. Ayda bir dəfə də olsa ət yeməklərindən imtina edin.
33. Öz uğur hekayənizi yazacağınız gündəliyiniz olsun.
34. Yığımcıl olun.
35. Meditasiya ilə məşğul olun.
36. Arzularınızın reallaşmağını istəyirsinizsə hər zaman xoş düşünün.