Beyin Yorğunluğu Işinizi Itirməyinizə Səbəb Ola Bilər..

0
4098
Beyin Yorğunluğu Işinizi Itirməyinizə Səbəb Ola Bilər..

Beyin yorğunluğunda ən çox qarşılaşdığımız şikayətlər, unutqanlıq, diqqət çatışmazlığı, qavrama çatışmazlığı, öyrənmə və əzbərləmə çətinlikləri, beynində ağırlıq hissi, diqqətsizlik, dözümsüzlük və tez əsəbiləşmə kimi əlamətlərdir.

Beyin yorğunluğu hansı peşələrdə daha tez-tez baş verir? İqtisadi göstəricilərlə məşğul olan insanlarda, gərgin iş tempinə məruz qalan rəhbərlərdə, kadrlarda, tələbələrdə və buna bənzər bir çox ixtisas qrupunda yaşana bilər.
 
Gərgin iş tempində çalışan insanlarda baş verən dəyişikliklər nələrdir?
 
İqtisadi göstəricilərlə məşğul olan bir çox insanda fərdin məhsuldarlığı düşər. Yeni ideyalar istehsal etmədə çətinliklər yaşayır. Problemlərə əməli həll gətirməz. Analitik-informasiya və həlledici düşüncələrdə mənfi təsirlər yaşaya bilər. Bu insanlar beyin yorğunluğu səbəbindən investisiya və büdcə planlarında da səhvlər edə bilərlər. Eyni şəkildə hər zaman uğurlu qrafik cızan bir rəhbərdə də beyin yorğunluğu varsa çıxış səviyyəsi sürətlə aşağı düşməyə başlayır. İnsan özündəki dəyişiklikləri fərq edər, amma çox vaxt adlandırmaz. Beyin yorğunluğu yaşayan işlərdə də eyni nəticələr müşahidə olunur, şəxsi istehsal düşür. İşləyənin dostları ilə olan komanda ruhu və dialoqlarında zədələnmələr baş verir. İnsanlar daha əsəbi və küsəyən davranışlar nümayiş etdirir. 
 
Beyin yorğunluğu səbəbləri nələrdir?
 
Uzun müddətli stress yaşanması, gərgin iş tempi, metropol şəhərlərdə tez-tez qarşılaşılan havasız, kiçik və dar ofislər, elektron cihazlardan yayılan elektromaqnit dalğaları, cib telefonu siqnalları, TV və radio dalğaları, simsiz dalğalar, yüksək gərginlik xətləri, baza stansiyaları kimi elektromaqnit çirklənmə, alkoqol alışqanlığı, yuxusuzluq, depressiya və qorxu problemləri, xəstəlik səbəbiylə istifadə edilən bəzi dərmanlar (xərçəng, epilepsiya və depressiya dərmanları kimi), vitamin çatışmazlığı (B12 fol turşusu, dəmir çatışmazlığı və troid hormonlarının çatışmazlığı), beyin yorğunluğuna və durğunluğuna səbəb ola bilər.
 
Beyin yorğunluğuna qarşı nə etmək olar?
 
Stress amillərinin məhv edilməsi:
 
İnsan xroniki stress yaradan hallardan uzaqlaşdırılmalıdır. Sağlıqsız iş şəraitlərindən uzaq durmalıdır. Çalışanların fiziki sağlamlığı qədər ruh sağlamlıqları da düşünülməlidir.
 
Havasız yerlərdə insanların işlədilməsinə mane olunmalıdır.
 
Gündəlik nizamlı idman fəaliyyətləri aparılmalıdır. İş fəaliyyətləri arasında, ya da sonrasında hər hansı bir musiqi aləti ilə məşğul olmaq beyini sakitləşdirir.
 
Gərgin iş fəaliyyətləri arasında istirahət və dincəlməyə vaxt ayrılmalıdır.
İmtahanlara hazırlaşan tələbələr isə nizamlı aralar verməli və aralarda idman, musiqi kimi fəaliyyətlərlə məşğul olmalıdırlar.
 
Beyin yorğunluğuna hansı qidalar yaxşı gələ bilər?
 
Fındıq, qoz, badam, tumlu quru üzüm, yaşıl tərəvəzlər, böyürtkən, qaragilə, alabalıq və sardana balığı, üzüm şirəsi, alma, kəpəkli düyü və isti kakao beyin yorğunluğuna yaxşı gələn qidalardır. Eyni şəkildə çay və qəhvə beyin yorğunluğuna yaxşı gəlir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN