Komanda İlə İşləməyin Müsbət Yanları

0
1925
Komanda İlə İşləməyin Müsbət Yanları

Daha yaxşı çıxış yolu: Komanda şəklində fəaliyyət göstərmək hər hansı bir iş sahəsinə daha çox uğur gətirə bilər, çünki bu halda yaranmış problemin həllinə dair bir neçə variant təklif olunur və onların içərisindən ən yaxşısı seçilir.

Məhsuldarlıq: Komandada işləyərkən müvəffəqiyyət qazanmaq daha da asanlaşır, çünki birlikdə işləyərkən hər hansı bir fərdin tək başına edə biləcəyi işdən daha effektli nəticə alınır. Bir sözlə, güc birlikdədir.
 
Dəstək: Komanda şəklində fəaliyyət göstərərkən fərdlər müəyyən bir tapşırığın icrası zamanı bir-birlərinə dəstək olurlar.
 
Yeni əlaqələr: Komanda işinin digər bir müsbət cəhəti də budur ki, işçilər arasında  dostluq kimi müsbət əlaqələrin yaranmasına gətirib çıxara bilər.
 
Ünsiyyət bacarığı: Komandada işləməklə insanlar öz ünsiyyət bacarıqlarını da inkişaf etdirə bilərlər. Bununla onlar həm effektiv danışmaq, həm də dinləmək bacarıqlarına yiyələnə bilərlər.
 
Münaqişələri həll etmə: Bəli, komandada münaqişələr də olur, lakin işçilər komandanın ümumi məqsədi naminə bir-birlərini dinləyərək və onları əks mövqedə durmağa sövq edən səbəbləri sadalayaraq, ümumilikdə ünsiyyət bacarıqlarını inkişaf etdirərək münaqişələri həll etmə bacarığına da yiyələnirlər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN