Uşaqlarda kitab oxuma vərdişlərini necə formalaşdıraq?

0
8265
Uşaqlarda kitab oxuma vərdişlərini necə formalaşdıraq?

Kitab oxumağın bizim üçün nə qədər faydalı olduğunu bilirik və çox istəyərdik ki, bu vərdiş uşaqlarda da formalaşsın. Lakin, bəzi hallarda mütaliə balacalarımız üçün sıxıcı və hətta dünyanın ən mürəkkəb məşğuliyyətlərindən biri ola bilər. Nə qədər çətin də olsa da, kitab oxumağı  vərdiş halına və həyat tərzinə çevirmək lazımdır. Uşaqda kitab oxumağa həvəs yaratmaq üçün aşağıdakı bir neçə qaydaya nəzər salaq:
 
Ən gözəl hədiyyə kitabdır:
Çox gözəl şəkildə paketlənmiş maraqlı bir kitab uşaqda oxumağa qarşı həvəs yarada bilər. Həm də bu kitab onun bir şəxsiyyət kimi inkişafına və formalaşmasına təsir göstərir. 
 
Uşaqların yanında kitab oxuyun:
Bilirik ki, uşaqlar gördüklərini nümunə olaraq götürərlər. Əgər onlar sizi tez – tez kitab oxuyarkən görsələr onlarda bu məşğuliyyətə maraq yaranacaqdır. Ona görə də, bu vərdişi formalaşdırmağa birinci özünüzdən başlayın. Yaxşı olardı ki, oxumağınızın dəqiq vaxtları olsun.
 
Uşaq otağında kiçik bir kitab rəfi yaradın:
Əgər uşağın otağında balaca bir kitab rəfi olsa o kitabdan istifadə etdikcə mütaliəyə marağı artacaq və bu vərdiş formalaşacaqdır. Aldığınız bütün kitabları səliqəli şəkildə rəfə yerləşdirsəniz, bu uşağınızın diqqətini çəkə bilər.
 

ŞƏRH YAZIN