Komanda Çalışması Yolu Ilə Motivasiya

0
2024
Komanda Çalışması Yolu Ilə Motivasiya

MOTİVASİYA.

Motivasiya, insanları məqsədlərinə yönəldən daxili qüvvədir və yalnız özü tərəfindən istiqamətləndirilir. Motivasiya, "insanların müəyyən bir məqsədi həyata keçirmək üçün öz arzu və istəkləri ilə davranmaları" şəklində xarakterizə etmək mümkündür.
 
Motivasiya, bir insanı müəyyən məqsədlər üçün hərəkətə gətirən güc deməkdir. Başqa sözlə, bir və ya birdən çox insanı müəyyən bir istiqamətə doğru davamlı şəkildə hərəkətə keçirmək üçün edilən cəhdlərdir. Bu məqsəd istehsal və ya xidmət ola bilər. Bu səbədən çalışanlara xidmətləri qarşılığında müxtəlif şeylər vəd edilir və beləliklə özləri müəyyən bir istiqamətə doğru davamlı olaraq həvəsləndirilir. İnsanları hərəkətə gətirən, istiqamətlərini müəyyənləşdirən ümidləri, inancları və ehtiyacları vardır.
 
Həmçinin motivasiyanı çalışana enerji təmin edən, onu istiqamətləndirən və müəyyən davranışlarının davamını təmin edəcək bir güc kimi qəbul edə bilərik.
 
Bu baxımdan motivasiya, iş performansına təsir edən, işin gümrah və veriləcək vəzifələrə hər an hazırlıqlı olmasını təmin edən psixi sosial bir amildir.
 
Müəssisələrin aşağı maliyə-müştəri qane olma funksiyasını çalışanların motivasiyasına doğru həll etmələri üçün məsələyə aşağıdakı ölçülər ilə yanaşmaları lazımdır.
 
Rəhbərin bir təşkilatda verəcəyi iş nailiyyəti, motivasiya prosesi ilə sıx bağlıdır.
 
Yaxşı bir rəhbər, səmimi duyulan məmnuniyyətin kadrın özü üçün olduğu qədər təşkilatçılıq içində əhəmiyyətli olduğunu bilir. Buna görə də işin tələbləri insanların ehtiyacları arasında harmoniya olmasını təmin etməyə çalışır.
 
İşçilərin təşkilat daxili və xaric fizioloji, psixoloji və sosial ehtiyacları ilə başa düşən, şərh edən müəssisə rəhbərliyi, onlardan məhsuldarlığı ən üst səviyyəyə çıxarması üçün istifadə etmək yollarını da tapa biləcəkdir.
 
Pul, bir işə istedadlı şəxsi, heyəti cəlb etmədə və onları daha ağır işlətmədə təsirli olan bir vasitədir. Çalışanların fizioloji və təhlükəsizlik ehtiyaclarını təmin edəcəyi kimi nüfuz simvolu ola bilər. 
 
Günümüz müəssisələrində təsir çevrəsi dar olmaqla önə çıxarılan ən mühüm motivator puldur. Bu vəziyyət gerçək motivatorlara əhəmiyyət verilməsinə, iş çıxışının nəticələrinin yalnız pulla əlaqələndirilməsinə yol açır.
 
Motivasiyanın davamlılığı personalın özünü motivasiya edə biləcək səviyyəyə gətirilməsi ilə söz mövzusudur.
 
Müəssisənin müvəffəqiyyət ilə işçilərin motivasiya arasında doğru bir əlaqə vardır.
 
Ümumi müəssisə çıxışını artırmaq üçün komanda işini ön planda tutaraq aid olma faktının inkişaf etdirilməsi lazımdır.
 
Müəssisələrin işçilərini motivasiya edərkən komanda yönümlü bir motivasiya modeli ilə hərəkətə keçmələri, məhsuldarlıq və keyfiyyət reaksiyalarında uğurlu nəticələr alınmasında təsirli olacaqdır.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN